Amazondan Azərbaycana sifariş və çatdırılma

Amazondan Azərbaycana sifariş və çatdırılma

Amazon.com saytından Azərbaycana sürətli çatdırılma xidməti, Amazondan Bakıya sərfəli sifariş şərtləri.

 

Amazon.comdan Bakıya necə sifariş verilir?

Amazon.com saytı dünyanın ən böyük onlayn alış-veriş platformalarından biridir. Amerikalı milyarder, dünyanın ən varlı adamlarından olan Ceff Bezosun sahibi olduğu Amazon alış-veriş platformasının günlük gəliri, az qala bir çox dövlətlərin illik gəlirinə bərabərdir.

Bu onlayn platformada insanın ağlına gələ biləcək hər adda məhsul tapmaq mümkündür. Dünyanın bir çox ölkəsinə çatdırılma da həyata keçirən Amazon.com-un bu qədər populyarlaşmasının bir səbəbi də heç şübhəsiz burada satılan məhsulların yüksək keyfiyyəti və sərfəli qiymətidir.

Azərbaycanın e-ticarət istifadəçiləri Amazon.comdan əsasən elektron əşyalar, planşetlər, notbuklar, televizorlar, müxtəlif mətbəx cihazları, müxtəlif kompüter ləvazimatları və s. sifariş edirlər. Lakin Amerikadan geyim sifariş edənlərin də ən çox müraciət etdiyi alış-veriş platforması məhz Amazondur. Çünki müştərilər burada bütün məşhur brendlərin məhsullarını rahatlıqla tapa bilir və hər brend üçün fərqli saytda qeydiyyatdan keçmək ehtiyacı yaranmır.

 

Amazondan Azerbaycana onlayn sifariş qaydası 

Amazon.com saytından Azərbaycana birbaşa çatdırılma həyata keçirilmir. Lakin azərbaycanlı elektron ticarət istifadəçiləri də Amazondan rahatlıqla alış-veriş edə bilir.

Bunun üçün Mover.az şirkəti sizə kömək edəcək. Siz sadəcə Mover.az saytında qeydiyyatdan keçməklə Amazon.comdan istədiyiniz məhsulu sifariş etmək imkanı qazanırsınız.

Amazon.com saytından Azərbaycana məhsul sifariş etməyin qaydası aşağıdakı kimidir.

1. Mover.az saytında QEYDİYYATDAN KEÇirsiniz.

2. Mover.az-da qeydiyyatdan keçdikdən sonra Xaricdəki Ünvanlarım bölməsində sizə Mover`in Amerikadakı anbarının ünvanı verilir.

3. Daha sonra Amazon.com saytında özünüzə şəxsi profil yaradırsınız.

4. Almaq istədiyiniz məhsulu Amazon.com saytında yaratdığınız profillə sifariş edirsiniz.

5. Sifariş zamanı Amazon saytı sizdən məhsulun çatdırılması üçün müvafiq ünvan tələb edəcək.

6. Siz həmin bölməyə Mover`in AMERİKA ÜNVANINI TAM ŞƏKİLDƏ QEYD EDİRSİNİZ.

7. Məhsulun sifarişi tamamlandıqdan sonra Amazon sizin e-mail ünvanınıza məhsulla bağlı faktura – bəyannamə göndərəcək.

8. Mover.az profilinizə daxil olub, BƏYAN ET düyməsini sıxaraq, həmin fakturanı bəyan edirsiniz. Tələb olunan digər məlumatları da doldurduqdan sonra bəyannaməni əlavə edirsiniz.

9. Amazon sizin məhsulunuzu 3-5 gün ərzində Mover.az-ın Amerikadakı anbarına təhvil verir.

10. Biz sizin sifarişinizi 3 gün ərzində Bakıya çatdırırıq.

Ətraflı tanış ol:

Bəyannamə nədir, necə olunur?

Qeyd edək ki, sifariş edilən məhsulla bağlı bəyannamə doldurulması mütləqdir. Bəyannaməsi tamamlanmamış məhsullar bəyan edilməmiş sayılır və həmin sifarişlər Bakı Karqo Terminalında saxlanılır.

Bəli, dünyada hər gün milyonlarla insanın istifadə etdiyi Amazon platformasından alış-veriş etmək bu qədər sadədir.

 

Bəs Amazon.comdan sifariş edilən məhsulların daşınma haqqı necə hesablanır?

Amazon.comdan sifariş edilən bağlamalar iki qaydada hesablanır.

1. Fiziki çəki ilə

2. Həcmi çəki ilə

Fiziki çəki ilə: Ölçüsü  1 (bir) metrə qədər olan bütün məhsullar fiziki çəki ilə hesablanır.

Həcmi çəki ilə: Ölçüsü 1 (bir) metrdən artıq olan bütün bağlamalar həcmi çəki ilə hesablanır. Həcmi çəki bağlamanın eni, uzunu, hündürlüyünün hesablanması ilə müəyyənləşdirilir.

Mover`in Amerikadan çatdırılma tarifləri ilə ətraflı şəkildə QİYMƏT CƏDVƏLİ bölməsində tanış ola bilərsiniz.

 

Amazon.com-dan Azərbaycanın rayonlarına pulsuz çatdırılma

Mover.az çatdırılma xidmətinin başqa bir üstünlüyü isə ondan ibarətdir ki, şirkətin Azərbaycanın 50-dən çox yaşayış bölgəsində məntəqələri mövcuddur. Müştərilər ölkənin bir çox rayonlarına bağlamalarının çatdırılmasını sifariş edə bilərlər. Üstəlik, Mover.az`da rayonlara çatdırılma tamamilə pulsuzdur və bunun üçün heç bir əlavə ödəniş tələb edilmir.

Amerikadan Bakıya sifariş

Amazon.com Azerbaycan

Amazon.com az