Amerikadan Azərbaycana kosmetika və makiyaj sifarişi

Amerikadan Azərbaycana kosmetika və makiyaj sifarişi

 

Amerikadan onlayn kosmetika sifarişi | Xarici saytlardan kosmetika sifarişi | Makiyaj məhsullarının sifarişi

 

Xarici ölkələrdən kosmetika məhsullarının Azərbaycana sifarişi qadınların ən çox verdiyi suallardan biridir. 

Azərbaycanda gözəlliyinin və dərisinin qayğısına qalmağı sevən qadınların ən çox makiyaj məhsulları sifariş verdiyi xarici ölkə heç şübhəsiz Amerikadır. Bunun əsas səbəbi odur ki, Amerikada demək olar, bütün böyük kosmetika şirkətlərinin onlayn mağazaları fəaliyyət göstərir və bir çox məşhur brendin ana vətəni də məhz Amerikadır. 

Qadınlarımızın xarici ölkələrdən onlayn kosmetika sifarişinə cam atmasının bir digər səbəbi isə təbii ki, məhsulların qiymətidir. Ölkəmizdə satılan bir çox xarici makiyaj məhsulları istehsalçılarının qiymətləri xarici ölkələrlə müqayisədə çox bahadır. 

Onlayn alış-verişi sevən xanımlarımız da kosmetika məhsullarının Azərbaycandakı və Amerikadakı qiymətlərini müqayisə etdikdə, haqlı olaraq xarici ölkədən  sifariş verməyə üstünlük verirlər. Üstəlik, xanımlarımız onlayn şəkildə Amerikadan sifariş etdikləri makiyaj məhsullarının tam orijinal olduğuna və keyfiyyətinə də əmin olurlar. 

Bakıda mağazalarda satılan kosmetika məhsullarının keyfiyyəti və orijinallığı isə bir çox hallarda şübhələrə səbəb olur.

 

Bəs qadınlarımız Amerikadan hansı kosmetika vasitələri sifariş edə bilər? 

Amerikanın onlayn mağazalarından istədiyiniz kosmetika məhsulunu Azərbaycana sifariş edə bilərsiniz. 

Amerikadan kiprikləriniz üçün tuj, dodaqlarınız üçün pomada və ya dodaq yağları, dərinizə qulluq üçün nəmləndirici kremlər, pudralar, üz baxımı məhsulları, əl baxımı məhsulları, makiyaj təmizləyicilərini rahatlıqla, özü də çox sərfəli qiymətə ala bilərsiniz. Bundan əlavə, gözəlliyinizə gözəllik qatmaq üçün ənliklər, haylaytr, pudralar, tonalnı kremlər, qaş gelləri, dodaq karandaşları, dırnaq boyaları, sürmələr və s. kimi makiyaj məhsullarını da Amerikanın məşhur kosmetika brendlərindən ucuz qiymətə sifariş edə bilərsiniz. 

 

Amerikadan makiyaj məhsulları sifarişi qaydası 

Amerikadan kosmetika sifariş etmək təxmin etdiyinizdən çox daha asandır. Bunun üçün siz ilk addım olaraq Mover.az saytında QEYDİYYATDAN KEÇməlisiniz. 

Amerikadan kosmetika və makiyaj məhsulları sifariş etməyin qaydası aşağıdakı kimidir.

1. Mover.az saytında QEYDİYYATDAN KEÇirsiniz.

2. Mover.az-da qeydiyyatdan keçdikdən sonra Xaricdəki Ünvanlarım bölməsində sizə Mover`in Amerikadakı anbarının ünvanı verilir.

3. Daha sonra kosmetika məhsulları sifariş etmək istədiyiniz Amerika saytında özünüzə şəxsi profil yaradırsınız.

4. Almaq istədiyiniz kosmetika məhsulunu sifariş etmək üçün satıcı mağazanın saytında yaratdığınız profilə daxil olursunuz. 

5. Sifariş etmək istədiyiniz kosmetika məhsulunu seçib səbətə əlavə etdikdən sonra sifarişin tamamlanması zamanı satıcı mağaza sizdən sizdən aldığınız kosmetika məhsulunun çatdırılması üçün Amerikada müvafiq ünvan tələb edəcək.

6. Siz həmin bölməyə Mover`in AMERİKA ÜNVANINI TAM ŞƏKİLDƏ QEYD EDİRSİNİZ.

7. Daha sonra aldığınız makiyaj ləvazimatının ödənişinizi həyata keçirirsiniz. 

8. Məhsulun sifarişi tamamlandıqdan sonra satıcı mağaza sizin e-mail ünvanınıza məhsulla bağlı faktura – bəyannamə göndərəcək.

9. Mover.az profilinizə daxil olub, BƏYAN ET düyməsini sıxaraq, həmin fakturanı bəyan edirsiniz. Tələb olunan digər məlumatları da doldurduqdan sonra bəyannaməni əlavə edirsiniz.

10. Amerikadakı satıcı mağazalar adətən sifarişləri 3-5 gün ərzində Mover.az-ın Amerikadakı anbarına təhvil verir.

11. Biz isə sizin sifarişinizi 3 gün ərzində Bakıya çatdırırıq.

 

Ətraflı videonu izlə: Bəyannamə nədir, necə olunur?

 

Qeyd edək ki, sifariş edilən məhsulla bağlı bəyannamə doldurulması mütləqdir. Bəyannaməsi tamamlanmamış məhsullar bəyan edilməmiş sayılır və həmin sifarişlər Bakı Karqo Terminalında saxlanılır.

Bəli, Amerikadan kosmetika sifarişi etmək bu qədər asandır.

 

Bəs Amerikadan sifariş edilən kosmetika məhsullarının daşınma haqqı necə hesablanır?

Amerikadan sifariş edilən bağlamaların daşınma haqqı iki qaydada hesablanır.

1. Fiziki çəki ilə
2. Həcmi çəki ilə

Kosmetika məhsulları adətən həcmi çəkiyə daxil olmayacağı üçün sizə yalnız fiziki çəki ilə hesablama qaydası lazımdır. 

Mover`in Amerikadan çatdırılma tarifləri ilə ətraflı şəkildə QİYMƏT CƏDVƏLİ bölməsində tanış ola bilərsiniz.


Xaricdən kosmetika sifarişi üçün onlayn alış-veriş saytlarının siyahısı

Amerikadan kosmetika sifarişlərini aşağıda qeyd olunan onlayn mağazalardan edə bilərsiniz. Unutmayın ki, xaricdən  onlayn kosmetika alış-verişi zamanı sizi orijinal məhsul və yüksək keyfiyyətlə yanaşı, həm də Azərbaycanda alacağınızdan çox sərfəli qiymət gözləyir. 

Amazondan kosmetika sifarişi – AMAZON.COM

Sephoradan kosmetika və makiyaj sifarişi – SEPHORA.COM

Victoria`s Secretdən kosmetika sifarişi – VİCTORİASECRET.COM

M.A.C-dan makiyaj və kosmetika sifarişi - LOOKFANTASTİC.COM

Walmartdan kosmetika sifarişi – WALMART.COM

BHCOSMETICS.COM

 

Qeyd olunan onlayn alış-veriş saytlarında dünyanın ən məşhur kosmetika brendlərini çox sərfəli qiymətə Azərbaycana sifariş edə bilərsiniz. Biz isə öz növbəmizdə sizin kosmetika sifarişlərinizi uyğun tariflərlə ölkəmizdə gətirərik. Üstəlik, Mover-in Azərbaycanın 50-dən bölgəsində fəaliyyət göstərən məntəqələri ilə bağlamalarınızı yaşadığınız yerdə təhvil ala bilərsiniz.