DeFacto-dan Azərbaycana sifariş və çatdırılma

DeFacto-dan Azərbaycana sifariş və çatdırılma


DeFacto-dan Azərbaycana geyim necə sifariş edilir? | Bakıya çatdırılma mümkündürmü? | DeFacto saytından sürətli və sərfəli alış-veriş qaydası.

 

DeFacto Azərbaycanda əhali tərəfindən ən çox istifadə edilən geyim brendlərindən biridir. Türkiyədə də çox satılan markalardan olan DeFacto həm sərfəli qiymətinə, həm də keyfiyyətinə görə böyük tələbat görür.

DeFacto geyimlərinin kifayət qədər sərfəli qiymətləri Azərbaycanda əhalinin orta gəlirli hissəsini özünə cəlb edir. Buna görə də DeFacto Azərbaycan elektron ticarət istifadəçilərinin ən çox müraciət etdiyi markalardandır.

 

DeFacto.com.tr Azerbaycana çatdırılma

Bəs DeFacto-dan Azərbaycana necə sifariş verilir, Azərbaycana çatdırılma mümkündürmü, DeFacto.com.tr saytından ən sürətli və sərfəli alış-veriş üsulu nədir?

Bu sualların cavabı aşağıdakı yazıda:

 

DeFacto.com.tr-dən Azərbaycana sifariş qaydası

DeFacto onlayn mağazasından Bakıya nə və necə sifariş edə bilərəm? Türkiyənin DeFacto markası əsasən geyim məhsullarının satışı ilə məşğul olur. Bu brend altında həm uşaqlar, həm də böyüklər üçün onlarla adda minlərlə geyim satılır. DeFacto onlayn mağazası mütəmadi olaraq endirim kampaniyaları keçirir. Belə kampaniyalar zamanı müxtəlif geyim məhsullarını satış qiymətindən 80%-ə qədər aşağı qiymətə almaq mümkün olur. Buna görə də DeFacto.com.tr mağazası e-ticarət istifadəçiləri üçün çox sərfəlidir.

 

DeFacto-dan Bakıya necə sifariş vermək olur?

DeFacto.com.tr-dən Bakıya çatdırılma mümkündürmü? DeFacto onlayn mağazası Azərbaycana birbaşa çatdırılma həyata keçirmir. Siz bu mağazadan sifariş etmək üçün çatdırılma şirkətlərinin xidmətindən istifadə etməlisiniz. Mover Türkiyədən çatdırılma xidməti şirkəti sizin DeFacto-dan aldığınız geyimləri ən qısa müddətdə və sərfəli qiymətə Azərbaycana çatdırır. Üstəlik, müştərilər Mover.az-a DeFacto-dan aldıqları geyimləri yaşadıqları, kənddə, şəhərdə, rayonda əlavə ödəniş etmədən təhvil ala bilir. Çünki Mover.az-ın Azərbaycanın 60-dan çox yaşayış bölgəsində fəaliyyət göstərən məntəqələri mövcuddur.

Mover.az-ın Azərbaycanın 60-dan çox yaşayış bölgəsində fəaliyyət göstərən məntəqələri mövcuddur.

DeFacto.com.tr-dən Azərbaycana sifariş paltar vermək üçün siz Mover.az saytında QEYDİYYATDAN KEÇməlisiniz. Mover.az saytında qeydiyyatdan keçdikdən sonra DeFacto.com.tr-dən geyim almaq üçün iki fərqli alternativ mövcuddur.

Sifariş et xidməti ilə alış-veriş: Siz sifariş etmək istədiyiniz məhsulun linkini bizə göndərirsiniz. Biz sizin əvəzinizə həmin məhsulu alırıq və qısa müddətdə Azərbaycandakı ünvanınıza çatdırırıq.

DeFacto-dan sifarişlərinizi özünüz verirsiniz və Mover.az bağlamalarınızı sizin Azərbaycandakı ünvanınıza çatdırır.

 

Qayda 1.

Mover.az saytında qeydiyyatdan keçdikdən sonra hesabınıza giriş edib, SİFARİŞLƏRİM bölməsinə daxil olursunuz. Daha sonra DeFacto.com.tr-dən almaq istədiyiniz məhsulun linkini kopyalayırsınız. Ardınca sağ üst tərəfdə SİFARİŞ ET düyməsini sıxıb, almaq istədiyiniz məhsulun linkini link bölməsinə yapışdırırsınız. Məhsulun qiymətini, ölçüsünü, rəngini və s. məlumatlarını tamamlayırsınız.

Eyni anda bir neçə məhsul sifariş etmək istəyirsinizsə, yeni link daxil et düyməsini sıxıb, digər sifarişlərinizi əlavə edirsiniz. Daha sonra GÖNDƏR düyməsini keçib, ÖDƏNİŞİ TAMAMLAyırsınız.

Əgər məhsulunuzun ən gec bir saat ərzində sifariş verilməsini istəyirsinizsə, TƏCİLİ SİFARİŞ`i seçirsiniz. Təcili Sifariş xidmətinin qiyməti məhsul saytından asılı olmayaraq, cəmi 2 dollardır.

Standart sifarişləriniz ödəmə tamamlandıqdan sonra iş günü ərzində növbə ilə verilir.

Sifariş et xidmətindən istifadə zamanı məhsulun qiymətinin üzərinə 5% bank xərcləri əlavə edilir. Çünki biz sizin üçün ödəmə etdikdə, ödədiyimiz məbləğin üzərinə 5% bank xərci əlavə edilir. Bu, çatdırılma haqqı və ya xidmət haqqı deyil. 5% sizin ödəyəcəyiniz məbləğin satıcıya ödənməsinə qədər yaşanan bank xərcidir.

Bu zaman sifariş etmək istədiyiniz məhsula Zəmanət Al`a və məhsulu bəyənmədiyiniz halda onu satıcı mağazaya geri qaytara bilərsiniz.

 

Qayda 2.

Siz DeFacto.com.tr saytına daxil olaraq, özünüzə şəxsi hesab yaradırsınız. Azərbaycana çatdırılmasını istədiyiniz məhsulun sifarişi zamanı DeFacto onlayn mağazasındakı ünvan bölməsinə MOVER`in TÜRKİYƏDƏKİ ÜNVANINI qeyd edirsiniz. Mover`in Türkiyədəki ünvanını şəxsi profilinizdəki ÜNVANLARIM bölməsindən əldə edirsiniz.

Satıcı mağaza sizin sifariş verdiyiniz məhsulu Mover`in Türkiyədəki anbarına gətirir. Biz isə sifarişlərinizi ən qısa müddətdə Azərbaycandakı ünvanınıza çatdırırıq.

Özünüz sifariş verdiyiniz məhsullar barədə mütləq BƏYANNAMƏ ƏLAVƏ EDİLMƏLİDİR. Bunun üçün siz Mover.az saytındakı hesabınıza daxil olaraq, SİFARİŞLƏRİM bölməsində BƏYAN ET düyməsini sıxırsınız. Bəyannamə bölməsindəki məlumatları tamamlayıb, satıcı mağazadan sizə göndərilmiş invoysu daxil edirsiniz.

Dövlət Gömrük Komitəsində problemlə qarşılaşmamaq üçün bəyannamə mütləq doldurulmalıdır. Bəyannaməsi əlavə edilməmiş məhsullar Bakı Karqo Terminalından buraxılmır.

 

DeFacto-dan Bakıya çatdırılma neçə günə baş tutur?

DeFacto onlayn mağazasından Azərbaycana sifarişlər adətən 3-7 gün ərzində çatdırılır. Çatdırılma müddəti satıcı mağazanın sifarişləri Mover`in Türkiyədəki anbarına təhvil verdiyi müddətə görə dəyişə bilir.

Bağlamalar Mover`in Türkiyə anbarına daxil olduqdan ən gec 3 gün ərzində Bakıya çatdırılır.

Sifarişləriniz Mover`in baş ofisinə daxil olduqdan sonra siz Mover`in kuryer xidmətindən istifadə edə və bağlamalarınızın Bakı şəhərində istənilən ünvana çatdırılmasını istəyə bilərsiniz.

 

DeFacto-dan sifarişlərin rayonlara pulsuz çatdırılması

Eyni zamanda Mover`in Sumqayıt, Gəncə, Quba, Şəki və Lənkərandakı ofislərinə yaxınlaşıb bağlamalarınızı təhvil ala bilərsiniz. Həmçinin, biz sizin sifarişlərinizi yaşadığınız yerə - Azərbaycanın 50-dən çox şəhər, rayon və kəndlərində yerləşən Poçt Məntəqələrimizə göndərə bilərik. Rayon və ya qəsəbələrə çatdırılma üçün Mover.az əlavə ödəniş tələb etmir. Rayonlara tam pulsuz çatdırılma xidməti mövcuddur. 

Mover`in müxtəlif rayon, qəsəbə və kəndlərdəki çatdırılma məntəqələrinin siyahısı ilə profilinizdə tanış ola və yaşadığınız yerə ən yaxın məntəqəni seçə bilərsiniz.

DeFacto.com.tr Azerbaycan

DeFacto Az

DeFacto.com.tr Baku