Dubaydan ehtiyat hissələrinin sifarişi

Dubaydan ehtiyat hissələrinin sifarişi

 

Dubaydan avtomobil ehtiyat hissələri necə sifariş edilir? Azərbaycana çatdırılma neçəyədir? Rayonlara pulsuz çatdırılma xidməti.

 

Dubaydan hansı "zapçast"ı sifariş edə bilərsiniz?

Azərbaycanda bir çox avtomobillərin ehtiyat hissələri həddən artıq bahadır. Xüsusən ölkədə az istifadə olunan maşınların ehtiyat hissələrini tapmaq müşkülə çevrilir. Avtomobillərin səsmi servislərində isə qiymətlər həddən artıq bahadır. Eyni zamanda, buraxılış ili yeni olan maşınların ehtiyat hissələrini də sərfəli qiymətə tapmaq mümkün deyil. Bütün bunlar üçün isə ən ideal həll yolu belə maşınların ehtiyat hissələrini xaricdən sifariş etməkdir.

Maşın ehtiyat hissələri sifariş etmək üçün ən sərfəli ölkə isə Birləşmiş Ərəb Əmirlikləri – Dubaydır. Dubaydan ehtiyat hissələrinin sifarişi çox ucuz qiymətə başa gəlir.

Dubaydan avtomobil detalları sifariş etmək üçün ən ideal xidməti Azərbaycanda Mover.az şirkəti həyata keçirir. Siz Dubaydan istənilən marka avtomobilin istənilən modelinə istənilən ehtiyat hissəsini ala və Azərbaycana çatdırılmasını təmin edə bilərsiniz.

 

Dubaydan ən sərfəli sifariş xidməti

Bu isə Mover.az şirkəti ilə çox asandır. Belə ki, Dubaydan ehtiyat hissələri sifariş etmək və ucuz qiymətə Azərbaycana gətirmək üçün siz sadəcə Mover.az saytında QEYDİYYATDAN KEÇməlisiniz.

Mover.az saytında qeydiyyatdan keçdikdən sonra sizə Dubayda yerləşən istənilən onlayn mağazadan istədiyiniz ehtiyat hissəsini alırsınız və onu bizim Dubaydakı anbarımıza göndərirsiniz. Biz isə həmin ehtiyat hissəsini qısa müddətə və sərfəli qiymətə Azərbaycana, sizin yaşadığınız şəhərə, rayona, kəndə və ya qəsəbəyə göndəririk.

Siz Mover.az saytında qeydiyyatdan keçdikdən sonra XARİCİ ÜNVANLARIM bölməsində bizim Dubayda yerləşən anbarımızın ünvanını əldə edirsiniz. Dubaydakı onlayn mağazadan istədiyiniz ehtiyat hissəsini alan zaman isə həmin saytda tələb olunan ünvan bölməsinə BİZİM DUBAYDAKI ANBARIMIZIN ÜNVANINI qeyd edirsiniz. Satıcı mağaza həmin detalı bizim anbara təhvil verdikdən ən gec 5 iş günü ərzində isə biz sizin məhsulunuzu ünvanınıza çatdırırıq.

Mover.az`la Dubaydan çatdırılma qiymətləri də kifayət qədər sərfəlidir. Belə ki, Dubaydan çatdırılma zamanı daşınma haqqı 1 kq*6,5$ olaraq hesablanır. Ölçüsü 1 metrdən (100 sm) böyük olan məhsullar isə həcmi çəkiyə görə hesablanır. Dubaydan çatdırılma qiymətləri ilə QİYMƏT CƏVDƏLİ bölməsində ətraflı tanış ola bilərsiniz.

 

Dubaydan hansı ehtiyat hissələrini almaq olar?

Siz Dubaydan Azərbaycan qanunları iləqadağan olunmamış hər şeyi ala bilərsiniz. Hər növ avtomobilin hər bir detalını Dubaydan sifariş etmək mümkündür.

 

Mercedes, BMW, Hyundai, Kia, Daewoo, Chevrolet, Toyota, FİAT, JEEP, Land Rover, Mazda, Nissan, Subari, Volvo, Volkswagen

Bu və s. markada olan avtomobilinə aid bütün növ ehtiyat hissələrini Dubaydan ucuz qiymətə ala bilərsiniz. Mover sizin sifarişinizi ən qısa müddətdə və ən sərfəli qiymətə Azərbaycana, yaşadığınız ünvana çatdırır.

 

Mover.az Dubaydan çatdırılma xidmətinin üstünlükləri

1. Mover.az-ın Azərbaycanın 50-dən çox yaşayış bölgəsinə ofis və məntəqələri mövcuddur. Bakı, Sumqayıt, Gəncə, Şəki, Quba, Lənkəranda yerləşən ofislərimiz, o cümlədən 30-dan çox rayonda da Mover Məntəqələrimiz fəaliyyət göstərir. Beləliklə, müştərilərimiz Türkiyədən sifariş etdikləri məhsulları yaşadıqları bölgədə rahatlıqla təhvil ala bilirlər. Üstəlik, rayonlara çatdırılmaya görə HEÇ BİR ƏLAVƏ VƏSAİT TƏLƏB EDİLMİR.

2. Mover.az-ın Bakının bütün yaşayış massivlərində məntəqələri mövcuddur. Müştərilər Türkiyədən aldıqları məhsulları yaşadıqları ünvanın yaxınlığında yerləşən Mover Məntəqələrindən götürə bilər və yaxud Mover`in kuryer xidmətindən istifadə edərək, evinə təhvil verilməsini istəyə bilər.