Ebay.com saytından Azərbaycana sifariş və çatdırılma xidməti

Ebay.com saytından Azərbaycana sifariş və çatdırılma xidməti

 

Ebay.com saytından Azərbaycana sürətli çatdırılma xidməti, Ebay-dən Bakıya sərfəli sifariş şərtləri. 

 

Ebay.comdan Bakıya necə sifariş verilir?

Ebay.com saytı dünyanın ən böyük onlayn alış-veriş platformalarından biridir.

Bu onlayn platformada insanın ağlına gələ biləcək hər adda məhsul tapmaq mümkündür. Dünyanın bir çox ölkəsinə çatdırılma da həyata keçirən Ebay.com-un bu qədər populyarlaşmasının bir səbəbi də heç şübhəsiz burada satılan məhsulların keyfiyyəti və sərfəli qiymətidir.

Azərbaycanın e-ticarət istifadəçiləri Ebay.comdan əsasən elektron əşyalar, planşetlər, notbuklar, televizorlar, müxtəlif mətbəx cihazları, müxtəlif kompüter ləvazimatları və s. sifariş edirlər. Lakin Amerikadan geyim sifariş edənlərin də ən çox müraciət etdiyi alış-veriş platforması məhz Ebay-dir. Çünki müştərilər burada bütün məşhur brendlərin məhsullarını rahatlıqla tapa bilir və hər brend üçün fərqli saytda qeydiyyatdan keçmək ehtiyacı yaranmır.

 

Ebay.com-dan Azerbaycana onlayn sifariş qaydası 

Ebay.com saytından Azərbaycana birbaşa çatdırılma həyata keçirilmir. Lakin azərbaycanlı elektron ticarət istifadəçiləri də Ebay-dən rahatlıqla alış-veriş edə bilir.

Bunun üçün Mover.az şirkəti sizə kömək edəcək. Siz sadəcə Mover.az saytında qeydiyyatdan keçməklə Ebay.comdan istədiyiniz məhsulu sifariş etmək imkanı qazanırsınız.

Ebay.com saytından Azərbaycana məhsul sifariş etməyin qaydası aşağıdakı kimidir.

1. Mover.az saytında QEYDİYYATDAN KEÇirsiniz.

2. Mover.az-da qeydiyyatdan keçdikdən sonra Xaricdəki Ünvanlarım bölməsində sizə Mover`in Amerikadakı anbarının ünvanı verilir.

3. Daha sonra Ebay.com saytında özünüzə şəxsi profil yaradırsınız.

4. Almaq istədiyiniz məhsulu Ebay.com saytında yaratdığınız profillə sifariş edirsiniz.

5. Sifariş zamanı Ebay.com saytı sizdən məhsulun çatdırılması üçün müvafiq ünvan tələb edəcək.

6. Siz həmin bölməyə Mover`in AMERİKA ÜNVANINI TAM ŞƏKİLDƏ QEYD EDİRSİNİZ.

7. Məhsulun sifarişi tamamlandıqdan sonra Ebay sizin e-mail ünvanınıza məhsulla bağlı faktura – bəyannamə göndərəcək.

8. Mover.az profilinizə daxil olub, BƏYAN ET düyməsini sıxaraq, həmin fakturanı bəyan edirsiniz. Tələb olunan digər məlumatları da doldurduqdan sonra bəyannaməni əlavə edirsiniz.

9. Ebay sizin məhsulunuzu 3-5 gün ərzində Mover.az-ın Amerikadakı anbarına təhvil verir.

10. Biz isə sizin sifarişinizi 3 gün ərzində Bakıya çatdırırıq.

 

Ətraflı tanış ol:

Bəyannamə nədir, necə olunur?

 

Qeyd edək ki, sifariş edilən məhsulla bağlı bəyannamə doldurulması mütləqdir. Bəyannaməsi tamamlanmamış məhsullar bəyan edilməmiş sayılır və həmin sifarişlər Bakı Karqo Terminalında saxlanılır.

Bəli, dünyada hər gün milyonlarla insanın istifadə etdiyi Ebay.com platformasından alış-veriş etmək bu qədər sadədir.

 

Bəs Ebay.com-dan sifariş edilən məhsulların daşınma haqqı necə hesablanır?

Ebay.com-dan sifariş edilən bağlamalar iki qaydada hesablanır.

1. Fiziki çəki ilə

2. Həcmi çəki ilə

Fiziki çəki ilə: Ölçüsü  1 (bir) metrə qədər olan bütün məhsullar fiziki çəki ilə hesablanır.

Həcmi çəki ilə: Ölçüsü 1 (bir) metrdən artıq olan bütün bağlamalar həcmi çəki ilə hesablanır. Həcmi çəki bağlamanın eni, uzunu, hündürlüyünün hesablanması ilə müəyyənləşdirilir.

Mover`in Amerikadan çatdırılma tarifləri ilə ətraflı şəkildə QİYMƏT CƏDVƏLİ bölməsində tanış ola bilərsiniz.

 

Ebay.com-dan Azərbaycanın rayonlarına pulsuz çatdırılma

Mover.az çatdırılma xidmətinin başqa bir üstünlüyü isə ondan ibarətdir ki, şirkətin Azərbaycanın 50-dən çox yaşayış bölgəsində məntəqələri mövcuddur. Müştərilər ölkənin bir çox rayonlarına bağlamalarının çatdırılmasını sifariş edə bilərlər. Üstəlik, Mover.az`da rayonlara çatdırılma tamamilə pulsuzdur və bunun üçün heç bir əlavə ödəniş tələb edilmir.

Amerikadan Bakıya sifariş

Ebay.com Azerbaycan