Hepsiburada.com-dan Azərbaycana sifariş və çatdırılma şirkəti

Hepsiburada.com-dan Azərbaycana sifariş və çatdırılma şirkəti

 

Hepsiburada.com-dan Azərbaycana məhsul sifarişi | Hepsiburada-dan Bakıya çatdırılma qiymətləri | Hepsiburada saytından Azərbaycana onlayn sifariş

 

Türkiyənin Hepsiburada.com onlayn alış-veriş platformasının Azərbaycanda da çoxsaylı istifadəçisi var. Bu online platformada yüzlərlə brendin milyonlarla məhsulu sərfəli və böyük endirimli qiymətlərlə satılır. Hepsiburada-da mütəmadi olaraq elan edilən endirim kampaniyaları ilə müxtəlif markalar öz məhsullarını real qiymətindən çox aşağı qiymətlərə müştərilərə təklif edirlər. Bu da Azərbaycanın onlayn ticarət istifadəçilərini Hepsiburada.com-dan məhsul sifariş etməyə həvəsləndirir.

Hepsiburada.com alış-veriş platformasında siz dünyanın və Türkiyənin bütün məşhur brendlərinin məhsullarını tapa bilərsiniz. Siz burada hər bir brendin məhsullarına ayrı-ayrı saytlarda baxmaq əvəzinə, bütün brendləri eyni platformada tapırsınız. 

 

Hepsiburada.com Azərbaycana sürətli çatdırılma

Bəs Hepsiburada-dan Azərbaycana sifariş necə edilir? Hepsiburada.com-dan Bakıya çatdırılma mümkündürmü?

 

Hepsiburada-dan Azərbaycana sifariş qaydası

Hepsiburada onlayn alış-veriş platformasında hər adda məhsul tapmaq mümkündür. Siz geyimdən elektronikaya, ev əşyasından makiyaj ləvazimatlarına qədər hər şeyi bir ünvandan ala bilərsiniz.

Hepsiburada.com Azərbaycandan sifariş edilən məhsulların ölkəmizə birbaşa çatdırılmasını həyata keçirmir. Siz Hepsiburada.com-dan məhsul sifariş etmək üçün çatdırılma şirkətlərinin xidmətindən istifadə etməlisiniz. Mover Türkiyədən çatdırılma şirkəti sizin Hepsiburada-dan aldığınız geyimləri ən qısa müddətdə və sərfəli çatdırılma qiymətləri ilə Azərbaycana və bölgələrə çatdırır.

Mover.az-ın Azərbaycanın 60-dan çox yaşayış bölgəsində fəaliyyət göstərən məntəqələri mövcuddur. Siz yaşadığınız rayonda Türkiyədən sifariş verib, bağlamalarınızı heç bir əlavə ödəniş etmədən təhvil ala bilirsiniz.

Hepsiburada.com-dan Azərbaycana məhsul sifariş etmək üçün siz Mover.az saytında QEYDİYYATDAN KEÇməlisiniz. Mover.az saytında qeydiyyatdan keçdikdən sonra Hepsiburada-dan alış-veriş etmək üçün iki fərqli alternativ mövcuddur.

 

Sifariş et xidməti ilə alış-veriş: Siz Mover.az-da qeydiyyatdan keçdikdən sonra profilinizə daxil olub, sifariş etmək istədiyiniz məhsulun linkini bizə göndərir, məhsulun dəyərini bizim Türkiyədəki bank hesabımıza ödəyirsiniz. Biz sizin əvəzinizə həmin məhsulu alırıq və qısa müddətdə Azərbaycana çatdırırıq.

Hepsiburada.com-dan sifarişlərinizi özünüz verirsiniz və Mover.az bağlamalarınızı sizin Azərbaycana çatdırır. 

 

QAYDA 1.

Mover.az saytında qeydiyyatdan keçdikdən sonra Mover hesabınıza giriş edib, SİFARİŞLƏRİM bölməsinə daxil olursunuz. Daha sonra Hepsiburada.com-dan almaq istədiyiniz məhsulun linkini kopyalayırsınız. Ardınca sağ üst tərəfdə SİFARİŞ ET düyməsini sıxıb, almaq istədiyiniz məhsulun linkini “link” bölməsinə yapışdırırsınız. Məhsulun qiymətini, ölçüsünü, rəngini və s. məlumatlarını tamamlayırsınız.

Eyni anda bir neçə məhsul sifariş etmək istəyirsinizsə, “yeni link daxil et” düyməsini sıxıb, digər sifarişlərinizi əlavə edirsiniz. Daha sonra GÖNDƏR düyməsini baslb, ÖDƏNİŞİ TAMAMLAyırsınız.

Əgər məhsulunuzun ən gec 30 dəqiqə ərzində sifariş verilməsini istəyirsinizsə, TƏCİLİ SİFARİŞ`i seçirsiniz. Təcili Sifariş xidmətinin qiyməti cəmi 2 dollardır.

Standart sifarişləriniz ödəmə tamamlandıqdan sonra iş günü ərzində növbə ilə verilir.

Sifariş et xidmətindən istifadə zamanı məhsulun qiymətinin üzərinə 5% bank xərcləri əlavə edilir. Çünki biz sizin üçün ödəmə etdikdə, ödədiyimiz məbləğin üzərinə 5% bank xərci əlavə edilir. Bu, çatdırılma haqqı və ya xidmət haqqı deyil. 5% sizin ödəyəcəyiniz məbləğin satıcı firmaya ödənməsinə qədər yaşanan bank xərcidir.

 

QAYDA 2.

Siz Hepsiburada.com saytına daxil olaraq, özünüzə şəxsi hesab yaradırsınız. Azərbaycana çatdırılmasını istədiyiniz məhsulun sifarişi zamanı Hepsiburada.com onlayn platformasındakı ünvan bölməsinə MOVER`in TÜRKİYƏDƏKİ ÜNVANINI qeyd edirsiniz. Mover`in Türkiyədəki ünvanını şəxsi profilinizdəki XARİCDƏKİ ÜNVANLARIM bölməsindən əldə edirsiniz.

Satıcı mağaza sizin sifariş verdiyiniz məhsulu Mover`in Türkiyədəki anbarına gətirir. Biz isə sifarişlərinizi ən qısa müddətdə Azərbaycana çatdırırıq.

Qeyd edək ki, özünüz sifariş verdiyiniz məhsullar barədə mütləq BƏYANNAMƏ ƏLAVƏ EDİLMƏLİDİR. Bunun üçün siz Mover.az saytındakı hesabınıza daxil olaraq, SİFARİŞLƏRİM bölməsində BƏYAN ET düyməsini sıxırsınız. Bəyannamə bölməsindəki məlumatları tamamlayıb, satıcı mağazadan sizə göndərilmiş invoysu daxil edirsiniz.

Dövlət Gömrük Komitəsində problemlə qarşılaşmamaq üçün bəyannamə mütləq doldurulmalıdır. Bəyannaməsi əlavə edilməmiş məhsullar Bakı Karqo Terminalından buraxılmır.

 

Hepsiburada.com-dan sifarişlər Bakıya neçə günə çatdırılır?

Hepsiburada onlayn mağazasından Azərbaycana sifarişlər adətən 3-7 gün ərzində çatdırılır. Çatdırılma müddəti satıcı mağazanın sifarişləri Mover`in Türkiyədəki anbarına təhvil verdiyi müddətə görə dəyişə bilir.

Bağlamalar Mover`in Türkiyə anbarına daxil olduqdan ən gec 3 gün ərzində Bakıya çatdırılır.

Sifarişləriniz Mover`in baş ofisinə daxil olduqdan sonra siz Mover`in kuryer xidmətindən istifadə edə və bağlamalarınızın Bakı şəhərində istənilən ünvana çatdırılmasını istəyə bilərsiniz. 

 

Hepsiburada.com-dan sifarişlərin rayonlara pulsuz çatdırılması

Eyni zamanda Mover`in Sumqayıt, Gəncə, Quba, Şəki və Lənkərandakı ofislərinə yaxınlaşıb bağlamalarınızı təhvil ala bilərsiniz. Həmçinin, biz sizin sifarişlərinizi yaşadığınız yerə - Azərbaycanın 50-dən çox şəhər, rayon və kəndlərində yerləşən Poçt Məntəqələrimizə göndərə bilərik. Rayon və ya qəsəbələrə çatdırılma üçün Mover.az əlavə ödəniş tələb etmir. Rayonlara tam pulsuz çatdırılma xidməti mövcuddur.

Mover`in müxtəlif rayon, qəsəbə və kəndlərdəki çatdırılma məntəqələrinin siyahısı ilə profilinizdə tanış ola və yaşadığınız yerə ən yaxın məntəqəni seçə bilərsiniz.

Hepsiburada.com Azerbaycan

Hepsiburada Az
Hepsiburada Baku