Korona virus maskalarının sifarişi - Azərbaycana çatdırılma

Korona virus maskalarının sifarişi - Azərbaycana çatdırılma

 

Korona virusdan qorunmaq üçün N95/FFP3 beynəlxalq standardlı xüsusi maskalardan istifadə etmək lazımdır. Korona virus maskalarının sifarişi və Azərbaycana çatdırılması barədə ətraflı məlumat.

 

Korona virusdan necə qorunmaq lazımdır?

Korona virus xüsusi xəstəlik olduğuna görə ondan qorunmaq üçün adi qoruyucu maskalar yetərli deyil. Təəssüf ki, apteklərdə satılan adi maskalar Korona virusdan qorunmaq üçün xüsusi ventilyasiya sisteminə sahib deyil. Buna görə də adi maska taxmaq virusa yoluxmaq təhlükəsini aradan qaldırmır. Korona virusdan qorunmaq üçün N95/FFP3 beynəlxalq standardları xüsusi maskalar lazımdır.  Amerika üçün N95, Avropa üçün FFP3 standardı olan xüsusi maskalar ağır viruslardan qorunmaq üçün ən ideal vasitədir.

 

Trendyoldan Azərbaycana sürətli çatdırılma xidməti

 

Koronavirus maskalarının Azərbaycana sifarişi

N95/FFP3 maskalarını Mover.az vasitəsilə sifariş edib Azərbaycana gətirə bilərsiniz. Bunun üçün sadəcə Mover.az saytında qeydiyyatdan keçmək və almaq istədiyiniz maskanı sifariş etmək lazımdır. Xüsusi təhlükəli viruslardan qorunmaq üçün maskaları aşağıdakı addımları izləyərək Azərbaycana sifariş edə bilərsiniz:

Azərbaycana N95/FFP3 standardlı xüsusi maskalar sifariş vermək üçün siz Mover.az saytında QEYDİYYATDAN KEÇməlsiniz. Mover.az saytında qeydiyyatdan keçdikdən sonra maska sifariş etmək üçün iki fərqli alternativ mövcuddur.

 

Sifariş et xidməti ilə alış-veriş. Siz sifariş etmək istədiyiniz maskanın linkini bizə göndərirsiniz. Biz sizin əvəzinizə həmin məhsulu sifariş edirik və qısa müddətdə Azərbaycandakı ünvanınıza çatdırırıq.

Maskanı satıcı mağazanın saytından özünüz sifariş verirsiniz və Mover.az bağlamalarınızı sizin Azərbaycandakı ünvanınıza çatdırır.

 

Amerikadan Azərbaycana sürətli və sərfəli çatdırılma

 

Qayda 1.

Mover.az saytında qeydiyyatdan keçdikdən sonra profilinizə daxil olub, SİFARİŞLƏRİM bölməsinə keçirsiniz. Daha sonra almaq istədiyiniz məhsulun linkini kopyalayırsınız. Ardınca sağ üst tərəfdə SİFARİŞ ET düyməsini sıxıb, sifariş etmək istədiyiniz məhsulun linkini link bölməsinə yapışdırırsınız. Maskanın qiymətini, rəngini sayını və s. məlumatlarını tamamlayırsınız. Daha sonra GÖNDƏR düyməsini keçib, ÖDƏNİŞİ TAMAMLAyırsınız.

Əgər məhsulunuzun ən gec bir saat ərzində sifariş verilməsini istəyirsinizsə, TƏCİLİ SİFARİŞ`i seçirsiniz. Təcili Sifariş xidmətinin qiyməti məhsul saytından asılı olmayaraq, cəmi 2 dollardır. Standart sifarişləriniz ödəmə tamamlandıqdan sonra iş günü ərzində növbə ilə verilir.

Sifariş et xidmətindən istifadə zamanı məhsulun qiymətinin üzərinə 5% bank xərcləri əlavə edilir. Çünki biz sizin üçün ödəmə etdikdə, ödədiyimiz məbləğin üzərinə 5% bank xərci əlavə edilir. Bu, çatdırılma haqqı və ya xidmət haqqı deyil. 5% sizin ödəyəcəyiniz məbləğin satıcıya ödənməsinə qədər yaşanan bank xərcidir.

XÜSUSİ QEYD: Sifariş et xidməti yalnız Türkiyə mağazaları üçün keçərlidir.

 

Qayda 2.

Siz N95/FFP3 standardlı maskanın satıcı mağazasının saytına daxil olaraq, özünüzə şəxsi hesab yaradırsınız. Azərbaycana çatdırılmasını istədiyiniz maskanın sifarişi zamanı satıcı mağazanın ünvan bölməsinə MOVER`in XARİCDƏKİ ANBARININ ÜNVANINI qeyd edirsiniz.

Satıcı mağaza sizin sifariş verdiyiniz maskaları Mover`in xarici ölkədəki anbarına gətirir. Biz isə sifarişlərinizi ən qısa müddətdə Azərbaycandakı ünvanınıza çatdırırıq.

Özünüz sifariş verdiyiniz məhsullar barədə mütləq BƏYANNAMƏ ƏLAVƏ EDİLMƏLİDİR. Bunun üçün siz Mover.az saytındakı hesabınıza daxil olaraq, SİFARİŞLƏRİM bölməsində BƏYAN ET düyməsini sıxırsınız. Bəyannamə bölməsindəki məlumatları tamamlayıb, satıcı mağazadan sizə göndərilmiş invoysu daxil edirsiniz.

Dövlət Gömrük Komitəsində problemlə qarşılaşmamaq üçün bəyannamə mütləq doldurulmalıdır. Bəyannaməsi əlavə edilməmiş məhsullar Bakı Karqo Terminalından buraxılmır.

Türkiyə və Amerikadan Azərbaycana sifarişlər adətən 3-7 gün ərzində çatdırılır. Çatdırılma müddəti satıcı mağazanın sifarişləri Mover`in xarici ölkədəki anbarına təhvil verdiyi müddətə görə dəyişə bilir.

Sifarişləriniz Azərbaycana daxil olduqda siz bununla bağlı SMS bildiriş alırsınız. Bu bildirişi aldıqdan sonra Mover`in Bakı, Sumqayıt, Gəncə, Quba, Şəki və Lənkərandakı ofislərinə yaxınlaşıb bağlamalarınızı təhvil ala bilərsiniz. Həmçinin, biz sizin sifarişlərinizi yaşadığınız yerə - Azərbaycanın 50-dən çox şəhər, rayon və kəndlərində yerləşən Poçt Məntəqələrimizə  göndərə bilərik.

 

Türkiyənin LCWaikiki.com saytından Azərbaycana geyim sifarişi

 

Korona virusdan qorunmaq üçün xüsusi N95 və ya FFP3 maskaları nədir?

Xüsusi ventilyasiya sisteminə sahib olan N95/FFP3 maskaları yüksək riskli viruslarda tövsiyə edilir. Təhlükəli virus, bakteriya, toz və kimyəvi zəhərlər və digər bu kimi şeylərdən tam qoruyan bu maskalar Ümumdünya Səhiyyə Təşkilatının standardına uyğundur.

 

Korona virus - N95/FFP3 maskalarını haradan sifariş etmək olar?

Korona virusdan qorunmaq üçün beynəlxalq standarda sahib olan bu maskaları Türkiyə və Amerikanın onlayn alış-veriş saytlarından sifariş edə bilərsiniz. Aşağıda N95/FFP3 xüsusi qoruyucu maskalarını sifariş edə biləcəyiniz Türkiyə və Amerika saytlarının siyahısı verilib:

 

Korona virus maskası sifarişi - Türkiyə saytları

Gittigidiyor.com

Hepsiburada.com

N11.com

Cimri.com

Ekipmandeposu.com

 

Korona virus maskası sifarişi – Amerika saytları

Amazon.com

Ebay.com

 

Koronavirus əleyhinə maskalar

Yuxarıda qeyd edilən alış-veriş saytlarının axtarış bölməsinə N95 - FFP3 maskaları yazmaqla onlarla fərqli formada və fərqli qiymətdə maskaları ala bilərsiniz.

Korona virus haqqında ətraflıməlumatı aşağıdan oxuya bilərsiniz.

2019-cu ilin sonlarında Çində orta çıxan Koronavirus xəstəliyi artıq Azərbaycanın cənub qonşusu İranda da yayılmağa başlayıb. Son məlumata görə, İranda 30 nəfər “Covid19” virusu diaqnozu qoyulub. Artıq 15 nəfər isə bu xəstəlikdən ölüb.

İran rəsmiləri koronavirusun ölkənin tamamına yayılma ehtimalının olduğunu bildiriblər.

Virus həmçinin İtaliyada da sürətlə yayılır. Son məlumatlarda bildirilir ki, İtaliyada 20-dən çox şəxs bu öldürücü virusa yoluxub. Lakin xoşbəxtlikdən bu şəxslərdən heç birində ölüm halı qeydə alınmayıb.

Amerikada isə artıq 34 nəfərə Korona virus diaqnoz qoyulub.

Sevindirici haldır ki, Azərbaycanda hələ hər hansı korona virusa yoluxduğu təsdiqlənmiş xəstə yoxdur. Ölkəmizdə korona virusun olduğuna dair rəsmi heç bir məlumat yoxdur. Lakin ehtiyat tədbirləri olaraq artıq insanların sıx olduğu metro qatarlarında xüsusi maye ilə dezinfeksiya işləri aparılmağa başlayıb. Rəsmi açıqlamaya görə, ayda iki dəfə Bakı metrosunun bütün qatarları xüsusi məhlullarla bütün viruslara qarşı təmizlənəcək.

Qeyd edək ki, Korona virusun ölüm ortalaması 2-3%-dir. Bəs bu təhlükəli virusdan necə qorunmalı?

Korona virusu nədir?

Korona virus yuxarı nəfəs yollarında infeksiyaya səbəb olan virusdur. İnfeksiya mövsümi qripdən çox da fərqlənmir. Korona virusunun bir neçə növü var. Virus ev heyvanlarından, vəhşi heyvanlardan və kənd təsərrüfatı sahəsindəki heyvanlarda tapıla və yayılabilir.

 

Korona virusu necə keçir?

Xəstəlik əsasən heyvanlarda ortaya çıxır. Nadir hallarda heyvanlardan insanlara və insanlardan da başqa insanlara yayılır. Korona virusu mövsümi qrip kimi təmas, öskürək, asqıraq və s. yollarla insandan insana keçə bilir.

 

Korona virusun əlamətləri nələrdir?

Korona virusu əsasən orta dərəcədə qızdırma və yuxarı tənəffüs yollarının infeksiyası kimi özünü göstərir. Qızdırma, baş-boğaz ağrısı, burun axması, öskürək kimi tənəffüs yolları problemləri virusa yaxalanmış şəxsdə özünü göstərir. Xəstəlik qusma, bulantı, ishal və qarın ağrısı kimi mədə-bağırsaq problemlərinə də səbəb olur.

 

Korona virusu nələrə səbəb olur?

Xəstəliyin ən təhlükəli nəticəsi pnevmaniya və nəfəs çatışmazlığına səbəb olmasıdır. Korona eyni zamanda SARS xəstəliyinə də səbəb ola bilər. Belə halda virus daşıyıcısının reanimasiya şəraitində müalicə edilməsi vacibdir. Bundan əlavə, virus böyrək çatışmazlığına da səbəb ola bilir.

 

Koronavirus kimlərdə daha ağır fəsadlara səbəb olur?

Bu virus uşaqlarda, yaşlı insanlarda, xroniki xəstəliyi olan şəxslərdə, immun sistemi zəif olan adamlarda daha ağır fəsadlara səbəb olur.

 

Korona virusun müalicəsi mümkündürmü?

Təəssüf ki, hazırda xəstəliyin heç bir dərman müalicəsi mövcud deyil. Antibiotiklər xəstəliyə qarşı yetərli deyil. İstirahət etmək, normal və sağlam qidalanmaq, evdə qalmaq virusun keçməsi üçün effektiv vasitələrdir.

 

Korona virus Azərbaycanda varmı?

Xəstəlik Çində ortaya çıxandan bəri keçən zaman ərzində Azərbaycanda kimdəsə korono virus tapıldığı barədə rəsmi məlumat yoxdur. Çində təhsil alan azərbaycanlı tələbələr dövlət xətti ilə ölkəyə gətirildi və həmin gənclərdə də xəstəliyə dair heç bir əlamət tapılmadı. Lakin hazırda cənub qonşumuz İranda bu virusu yoluxma müşahidə edilir və bildirilir ki, virusun bütün ölkə boyu yayılma təhlükəsi var.

 

Korona virusdan qorunmaq üçün nə etməliyik?

Virusdan qorunmaq üçün əsas vasitələr sağlam qidalanma və immune sisteminin güclü olmasıdır. Xüsusi qoruyucu maskadan istifadə edilməsi, əllərin tez-tez yuyulması, öskürək və asqıraq zamanı salfetlərdən istifadə, kənar yerlərə toxunduqdan sonra əllərin ağıza, üzə, buruna və gözə qətiyyən vurulmaması vacibdir. Ev və vəhşi heyvanlardan uzaq qalmaq da virusdan qorunmaq üçün vacibdir. Ət yeməklərinin yaxşı bişirilməsi, xəstə şəxslərdən və qapalı məkanlardan kənar gəzmək də vacibdir.