LCWaikiki.com-dan Azərbaycana geyim sifarişi

LCWaikiki.com-dan Azərbaycana geyim sifarişi

 

LC Waikiki-dən Azərbaycana sifariş necə verilir? | Azerbaycana çatdırılma mümkündürmü? | LCWaikiki saytından ən sürətli və sərfəli sifariş üsulu nədir.

LC Waikiki Baku Online Alışveriş

LC Waikiki markası Azərbaycanda ən çox istifadə edilən geyim markalarından biridir. Türkiyədə də ən çox satılan geyim brendlərindən biri olan LC Waikiki həm sərfəli qiymətinə, həm də keyfiyyətinə görə insanlar tərəfindən çox tələbat görür.

LC Waikiki məhsullarının kifayət qədər münasib qiymətləri Azərbaycanda əhalinin orta gəlirli təbəqəsini özünə cəlb edir. Müasir dəblə ayaqlaşan stilləri, rəngarəng modelləri və aşağı qiymətləri ilə xüsusilə gənclərin sevimli brendinə çevrilən LC Waikiki Azərbaycanda elektron ticarət istifadəçiləri tərəfindən də ən çox tələbat görən markalardandır.

 

LC Waikiki-dən Azerbaycana çatdırılma 

Bəs LC Waikiki-dən Azərbaycana sifariş necə verilir, Azerbaycana çatdırılma mümkündürmü, LCWaikiki.com saytından ən sürətli və sərfəli sifariş üsulu nədir?

Bütün bu sualların cavabını indi oxuyacağınız yazıda tapacaqsınız.

 

LCWaikiki.com Azerbaycana sifariş qaydası

LC Waikiki onlayn mağazasından Bakıya nə və sifariş edə bilərəm?

LC Waikiki əsasən geyim məhsullarının satışı ilə məşğul olan markadır. Bu brend altında uşaqdan böyüyə, onlarla adda minlərlə məhsul satılır. LC Waikiki markası mütəmadi olaraq endirim kampaniyaları təklif edir. Belə endirim kampaniyaları zamanı müştərilər müxtəlif geyim məhsullarını satış qiymətindən 80%-ə qədər aşağı qiymətə ala bilir. Bu baxımdan LC Waikiki markası e-ticarət istifadəçiləri üçün çox sərfəlidir.

 

LC Waikiki-də Azərbaycana necə sifariş vermək olur?

LCWaikiki.com-dan Bakıya çatdırılma mümkündürmü? LC Waikiki.com-dan ən sürətli və sərfəli necə alış-veriş etmək olar?

LC Waikiki onlayn mağazası Azərbaycana birbaşa çatdırılma həyata keçirmir. Siz bu mağazadan sifariş etmək üçün çatdırılma şirkətlərindən istifadə etməlisiniz. Mover.az çatdırılma şirkəti sizin LC Waikiki-dən verdiyiniz sifarişləri ən qısa müddətdə və sərfəli qiymətə Azərbaycana çatdırır. Üstəlik, Mover.az-ın Azərbaycanın 60-dan çox yaşayış bölgəsində fəaliyyət göstərən məntəqələri mövcuddur. Müştərilər LC Waikiki.com-dan sifariş verdikləri geyimləri yaşadığı, kənddə, şəhərdə, rayonda əlavə ödəniş etmədən təhvil ala bilir.

LCWaikiki.com-dan Azərbaycana sifariş paltar vermək üçün siz Mover.az saytında QEYDİYYATDAN KEÇməlisiniz. Mover.az saytında qeydiyyatdan keçdikdən sonra LC Waikiki-dən geyim almaq üçün iki fərqli alternativ mövcuddur.

Sifariş et xidməti ilə alış-veriş. Siz LC Waikiki-dən sifariş etmək istədiyiniz məhsulu bizə göndərirsiniz. Biz sizin əvəzinizə həmin məhsulu alırıq və qısa müddətdə Azərbaycandakı ünvanınıza çatdırırıq.

LC Waikiki-dən sifarişlərinizi özünüz verirsiniz və Mover.az bağlamalarınızı sizin Azərbaycandakı ünvanınıza çatdırır.

 

Qayda 1.

Mover.az saytında qeydiyyatdan keçdikdən sonra hesabınıza giriş edib, SİFARİŞLƏRİM bölməsinə daxil olursunuz. Daha sonra LC Waikiki-dən almaq istədiyiniz məhsulun linkini kopyalayırsınız. Ardınca sağ üst tərəfdə SİFARİŞ ET düyməsini sıxıb, almaq istədiyiniz məhsulun linkini link bölməsinə yapışdırırsınız.

Məhsulun qiymətini, ölçüsünü, rəngini və s. məlumatlarını tamamlayırsınız.

Eyni anda bir neçə məhsul sifariş etmək istəyirsinizsə, yeni link daxil et düyməsini sıxıb, digər sifarişlərinizi əlavə edirsiniz. Daha sonra GÖNDƏR düyməsini keçib, ÖDƏNİŞİ TAMAMLAyırsınız.

Əgər məhsulunuzun ən gec bir saat ərzində sifariş verilməsini istəyirsinizsə, TƏCİLİ SİFARİŞ`i seçirsiniz. Təcili Sifariş xidmətinin qiyməti məhsul saytından asılı olmayaraq, cəmi 2 dollardır.

Standart sifarişləriniz ödəmə tamamlandıqdan sonra iş günü ərzində növbə ilə verilir.

Sifariş et xidmətindən istifadə zamanı məhsulun qiymətinin üzərinə 5% bank xərcləri əlavə edilir. Çünki biz sizin üçün ödəmə etdikdə, ödədiyimiz məbləğin üzərinə 5% bank xərci əlavə edilir. Bu, çatdırılma haqqı və ya xidmət haqqı deyil. 5% sizin ödəyəcəyiniz məbləğin satıcıya ödənməsinə qədər yaşanan bank xərcidir.

Bu zaman sifariş etmək istədiyiniz məhsula Zəmanət Al`a və məhsulu bəyənmədiyiniz halda onu satıcı mağazaya geri qaytara bilərsiniz.

 

Qayda 2.

Siz LCWaikiki.com saytına daxil olaraq, özünüzə şəxsi hesab yaradırsınız. Azərbaycana çatdırılmasını istədiyiniz məhsulun sifarişi zamanı LCWaikiki.com mağazasındakı ünvan bölməsinə MOVER`in TÜRKİYƏDƏKİ ÜNVANINI qeyd edirsiniz. Mover`in Türkiyədəki ünvanını şəxsi profilinizdəki ÜNVANLARIM bölməsindən əldə edirsiniz.

Satıcı mağaza sizin sifariş verdiyiniz məhsulu Mover`in Türkiyədəki anbarına gətirir. Biz isə sifarişlərinizi ən qısa müddətdə Azərbaycandakı ünvanınıza çatdırırıq.

Özünüz sifariş verdiyiniz məhsullar barədə mütləq BƏYANNAMƏ ƏLAVƏ EDİLMƏLİDİR. Bunun üçün siz Mover.az saytındakı hesabınıza daxil olaraq, SİFARİŞLƏRİM bölməsində BƏYAN ET düyməsini sıxırsınız. Bəyannamə bölməsindəki məlumatları tamamlayıb, satıcı mağazadan sizə göndərilmiş invoysu daxil edirsiniz.

Dövlət Gömrük Komitəsində problemlə qarşılaşmamaq üçün bəyannamə mütləq doldurulmalıdır. Bəyannaməsi əlavə edilməmiş məhsullar Bakı Karqo Terminalından buraxılmır.

 

LCWaikikidən Azerbaycana çatdırılma neçə günə baş tutur?

LCWaikiki.com onlayn mağazasından Azərbaycana sifarişlər adətən 3-7 gün ərzində çatdırılır. Çatdırılma müddəti satıcı mağazanın sifarişləri Mover`in Türkiyədəki anbarına təhvil verdiyi müddətə görə dəyişə bilir.

Bağlamalar Mover`in Türkiyə anbarına daxil olduqdan ən gec 3 gün ərzində Bakıya çatdırılır.

Sifarişləriniz Mover`in baş ofisinə daxil olduqdan sonra siz Mover`in kuryer xidmətindən istifadə edə və bağlamalarınızın Bakı şəhərində istənilən ünvana çatdırılmasını istəyə bilərsiniz.

 

LCWaikiki.com-dan rayonlara pulsuz çatdırılma

Eyni zamanda Mover`in Sumqayıt, Gəncə, Quba, Şəki və Lənkərandakı ofislərinə yaxınlaşıb bağlamalarınızı təhvil ala bilərsiniz. Həmçinin, biz sizin sifarişlərinizi yaşadığınız yerə - Azərbaycanın 50-dən çox şəhər, rayon və kəndlərində yerləşən Poçt Məntəqələrimizə göndərə bilərik. Rayon və ya qəsəbələrə çatdırılma üçün Mover.az əlavə ödəniş tələb etmir. Rayonlara tam pulsuz çatdırılma xidməti mövcuddur. 

Mover`in müxtəlif rayon, qəsəbə və kəndlərdəki çatdırılma məntəqələrinin siyahısı ilə profilinizdə tanış ola və yaşadığınız yerə ən yaxın məntəqəni seçə bilərsiniz.

LCWaikiki.com Azərbaycan

LCWaikiki az