Morhipodan Azərbaycana onlayn sifariş

Morhipodan Azərbaycana onlayn sifariş

 

Morhipodan Azərbaycana necə sifariş edilir? | Bakıya çatdırılma qiymətləri | Morhipo saytından alış-veriş qaydası.

Türkiyənin Morhipo.com saytı Azərbaycanda xeyli müştərisi olan onlayn alış-veriş platformasıdır. Bu online mağazada yüzlərlə brendin minlərlə adda məhsulu satılır. Morhipoda tez-tez keçirilən endirim kampaniyaları ilə müxtəlif markalar öz məhsullarını aşağı qiymətlərə təklif edirlər. Bu da Azərbaycanda müştəriləri Morhipodan alış-verişə istiqamətləndirir.

Morhipo.com alış-veriş platformasında siz dünyanın və Türkiyənin bütün məşhur brendlərinin məhsullarını tapa bilərsiniz. Siz burada hər bir brendin məhsullarına ayrı-ayrı saytlarda baxmaq əvəzinə, bütün brendləri eyni platformada tapırsınız.  

 

Morhipo.com Azərbaycana çatdırılma

Bəs Morhipo-dan Azərbaycana sifariş necə verilir, Bakıya və bölgələrə çatdırılma mümkündürmü?

 

Morhipo-dan Bakıya Azərbaycana sifariş qaydası

Morhipo.com onlayn mağazasında hər adda məhsul tapmaq mümkündür. Siz geyimdən elektronikaya, ev əşyasından makiyaj ləvazimatlarına qədər hər şeyi bir ünvandan sifariş edə bilərsiniz.

Morhipo mağazası Azərbaycana birbaşa çatdırılma həyata keçirmir. Siz bu mağazadan məhsul sifariş etmək üçün müxtəlif şirkətlərin xidmətindən istifadə etməlisiniz. Mover Türkiyədən çatdırılma şirkəti sizin Morhipo-dan aldığınız geyimləri ən qısa müddətdə və sərfəli qiymətə Azərbaycana və bölgələrə çatdırır. Mover.az-ın Bakıda Azərbaycanın 60-dan çox yaşayış bölgəsində fəaliyyət göstərən məntəqələri mövcuddur. Siz yaşadığınız rayonda Türkiyədən sifariş verib, bağlamalarınızı heç bir əlavə ödəniş etmədən təhvil ala bilirsiniz.

Morhipo.com-dan Azərbaycana məhsul sifariş etmək üçün siz Mover.az saytında QEYDİYYATDAN KEÇməlisiniz. Mover.az saytında qeydiyyatdan keçdikdən sonra Morhipodan məhsul almaq üçün iki fərqli alternativ mövcuddur.

Sifariş et xidməti ilə alış-veriş: Siz sifariş etmək istədiyiniz məhsulun linkini bizə göndərirsiniz. Biz sizin əvəzinizə həmin məhsulu alırıq və qısa müddətdə Azərbaycandakı ünvanınıza çatdırırıq.

Morhipodan sifarişlərinizi özünüz verirsiniz və Mover.az bağlamalarınızı sizin Azərbaycandakı ünvanınıza çatdırır.

 

Qayda 1.

Mover.az saytında qeydiyyatdan keçdikdən sonra hesabınıza giriş edib, SİFARİŞLƏRİM bölməsinə daxil olursunuz. Daha sonra Morhipo-dan almaq istədiyiniz məhsulun linkini kopyalayırsınız. Ardınca sağ üst tərəfdə SİFARİŞ ET düyməsini sıxıb, almaq istədiyiniz məhsulun linkini link bölməsinə yapışdırırsınız. Məhsulun qiymətini, ölçüsünü, rəngini və s. məlumatlarını tamamlayırsınız.

Eyni anda bir neçə məhsul sifariş etmək istəyirsinizsə, yeni link daxil et düyməsini sıxıb, digər sifarişlərinizi əlavə edirsiniz. Daha sonra GÖNDƏR düyməsini keçib, ÖDƏNİŞİ TAMAMLAyırsınız.

Əgər məhsulunuzun ən gec bir saat ərzində sifariş verilməsini istəyirsinizsə, TƏCİLİ SİFARİŞ`i seçirsiniz. Təcili Sifariş xidmətinin qiyməti məhsul saytından asılı olmayaraq, cəmi 2 dollardır.

Standart sifarişləriniz ödəmə tamamlandıqdan sonra iş günü ərzində növbə ilə verilir.

Sifariş et xidmətindən istifadə zamanı məhsulun qiymətinin üzərinə 5% bank xərcləri əlavə edilir. Çünki biz sizin üçün ödəmə etdikdə, ödədiyimiz məbləğin üzərinə 5% bank xərci əlavə edilir. Bu, çatdırılma haqqı və ya xidmət haqqı deyil. 5% sizin ödəyəcəyiniz məbləğin satıcıya ödənməsinə qədər yaşanan bank xərcidir.

Bu zaman sifariş etmək istədiyiniz məhsula Zəmanət Al`a və məhsulu bəyənmədiyiniz halda onu satıcı mağazaya geri qaytara bilərsiniz.

 

Qayda 2.

Siz Morhipo.com saytına daxil olaraq, özünüzə şəxsi hesab yaradırsınız. Azərbaycana çatdırılmasını istədiyiniz məhsulun sifarişi zamanı Morhipo onlayn mağazasındakı ünvan bölməsinə MOVER`in TÜRKİYƏDƏKİ ÜNVANINI qeyd edirsiniz. Mover`in Türkiyədəki ünvanını şəxsi profilinizdəki ÜNVANLARIM bölməsindən əldə edirsiniz.

Satıcı mağaza sizin sifariş verdiyiniz məhsulu Mover`in Türkiyədəki anbarına gətirir. Biz isə sifarişlərinizi ən qısa müddətdə Azərbaycandakı ünvanınıza çatdırırıq.

Özünüz sifariş verdiyiniz məhsullar barədə mütləq BƏYANNAMƏ ƏLAVƏ EDİLMƏLİDİR. Bunun üçün siz Mover.az saytındakı hesabınıza daxil olaraq, SİFARİŞLƏRİM bölməsində BƏYAN ET düyməsini sıxırsınız. Bəyannamə bölməsindəki məlumatları tamamlayıb, satıcı mağazadan sizə göndərilmiş invoysu daxil edirsiniz.

Dövlət Gömrük Komitəsində problemlə qarşılaşmamaq üçün bəyannamə mütləq doldurulmalıdır. Bəyannaməsi əlavə edilməmiş məhsullar Bakı Karqo Terminalından buraxılmır.

 

Morhipo-dan sifarişlər Bakıya neçə günə çatdırılır?

Morhipo.com onlayn mağazasından Azərbaycana sifarişlər adətən 3-7 gün ərzində çatdırılır. Çatdırılma müddəti satıcı mağazanın sifarişləri Mover`in Türkiyədəki anbarına təhvil verdiyi müddətə görə dəyişə bilir.

Bağlamalar Mover`in Türkiyə anbarına daxil olduqdan ən gec 3 gün ərzində Bakıya çatdırılır.

Sifarişləriniz Mover`in baş ofisinə daxil olduqdan sonra siz Mover`in kuryer xidmətindən istifadə edə və bağlamalarınızın Bakı şəhərində istənilən ünvana çatdırılmasını istəyə bilərsiniz.

 

Morhipodan sifarişlərin rayonlara pulsuz çatdırılması

Eyni zamanda Mover`in Sumqayıt, Gəncə, Quba, Şəki və Lənkərandakı ofislərinə yaxınlaşıb bağlamalarınızı təhvil ala bilərsiniz. Həmçinin, biz sizin sifarişlərinizi yaşadığınız yerə - Azərbaycanın 50-dən çox şəhər, rayon və kəndlərində yerləşən Poçt Məntəqələrimizə göndərə bilərik. Rayon və ya qəsəbələrə çatdırılma üçün Mover.az əlavə ödəniş tələb etmir. Rayonlara tam pulsuz çatdırılma xidməti mövcuddur.

Mover`in müxtəlif rayon, qəsəbə və kəndlərdəki çatdırılma məntəqələrinin siyahısı ilə profilinizdə tanış ola və yaşadığınız yerə ən yaxın məntəqəni seçə bilərsiniz.

Morhipo Azerbaycan

Morhipo Az

Morhipo Baku