Türkiyə, ABŞ, ÇİN və Almaniyadan sifariş

Türkiyə, ABŞ, ÇİN və Almaniyadan sifariş

Türkiyə, ABŞ, ÇİN və Almaniyadan necə sifariş edə bilərəm?

Bu xarici ölkələrdən məhsulların Azərbaycana sifarişçilərinin ən çox verdiyi suallardan biridir. 

Türkiyə, ABŞ, ÇİN və Almaniyadan Azərbaycana sifariş etmək Mover ilə çox asandır. Bu ölkələrdən sifariş etmək üçün aşağıdakıları izləməlisiniz. 

 

1. Mover.az saytında QEYDİYYATDAN KEÇirsiniz.

2. Mover.az-da qeydiyyatdan keçdikdən sonra Xaricdəki Ünvanlarım bölməsində sizə Mover`in Amerikadakı anbarının ünvanı verilir. (Amerika anbarımız vergisiz ştatda olduğu üçün bütün dünyadan, o cümlədən ALMANİYADAN bağlamalarınızı qəbul etmək üçün istifadə edə bilərsiniz)

3. Daha sonra sifariş etmək istədiyiniz xarici saytda qeydiyyatdan keçərək özünüzə şəxsi profil yaradırsınız.

4. Almaq istədiyiniz məhsulu yaratdığınız profillə sifariş edirsiniz.

5. Sifariş zamanı xarici saytlar sizdən məhsulun çatdırılması üçün müvafiq ünvan tələb edəcək.

6. Əgər siz Türkiyədən sifariş edirsinizsə, Mover`in TÜRKİYƏ ANBARININ ÜNVANINI, əgər dünyanın başqa hər hansı bir ölkəsindən sifariş edirsinizsə, həmin bölməyə Mover`in AMERİKA ÜNVANINI TAM ŞƏKİLDƏ QEYD EDİRSİNİZ.

7. Məhsulun sifarişi tamamlandıqdan sonra xarici satıcı sayt sizin mail ünvanınıza məhsulla bağlı faktura – bəyannamə göndərəcək.

8. Mover.az profilinizə daxil olub, BƏYAN ET düyməsini sıxaraq, həmin fakturanı bəyan edirsiniz. Tələb olunan digər məlumatları da doldurduqdan sonra bəyannaməni əlavə edirsiniz.

9. Satıcı firma sizin sifarişinizi Mover.az-ın Amerikadakı anbarına təhvil verir.

10. Biz isə sizin sifarişinizi 5-7 gün ərzində Bakıya çatdırırıq.

 

Ətraflı tanış ol:

Bəyannamə nədir, necə olunur?