Türkiyədən Azərbaycana alver saytları

Türkiyədən Azərbaycana alver saytları

 

Türkiyə saytlarından necə alver edə bilərik? Türkiyədən alver etmək üçün ən uyğun onlayn saytlar və mağazalar hansılardır? Türkiyədən aldığımız məhsullar neçə günə çatdırılır?.

 

Türkiyədən alver - Azərbaycana çatdırılma

Azərbaycanda Türkiyədən alver edən şəxslərin sayı son illərdə bir neçə dəfə artıb. Türkiyədə paltar və digər məhsulların aşağı qiymətləri, həmçinin, Türkiyə lirəsinin manata qarşı sərfəli məzənnəsi insanları Türkiyədən alverə yönləndirir.

Azərbaycanda satılan Türkiyə məhsullarını ən azı iki dəfə aşağı qiymətə əldə etmək imkanı da insanları Türkiyədən alverə yönəldir.

 

Türkiyədən necə alver edə bilərik?

Türkiyədən alver etmək üçün ən uyğun saytlar və mağazalar hansılardır? Türkiyədən sifariş verdiyimiz paltarlar Azərbaycana neçə günə çatdırılır? Rayonlarda yaşayan şəxslər də Türkiyədən paltar sifarişi verə bilərmi? Bu yazıda bütün sualları cavablandıracağıq.

 

Turkiyeden alver etməyin en asan yolu

Türkiyədən alver etməyin ən asan yolu kimi Mover Çatdırılma Xidmətindən istifadən etmək lazımdır. Mover.az Çatdırılma Şirkəti sizin Türkiyədən aldığınız məhsulları qısa müddətdə və sərfəli qiymətə Azərbaycana və yaşadığınız bölgəyə çatdırır.

Türkiyədən saytlarından alver etmək üçün ilk addım olaraq siz Mover.az-da QEYDİYYATDAN KEÇməlisiniz. Qeydiyyatdan keçdikdən sonra sifariş etmək üçün iki alternativ mövcuddur.

1. Sifariş et xidməti ilə alış-veriş. Siz Türkiyə saytlarından almaq istədiyiniz məhsulun linkini bizə göndərirsiniz. Biz isə sizin əvəzinizə həmin məhsulu sifariş edib, qısa müddətdə Azərbaycandakı anbarımıza çatdırırıq.

2. Türkiyə mağazalarından almaq istədiyiniz paltarları özünüz sifariş verirsiniz və Mover bağlamalarınızı Azərbaycana çatdırır.

 

Qayda 1.

Mover.az-da qeydiyyatdan keçdikdən sonra saytdakı hesabınıza daxil olub, SİFARİŞLƏRİM bölməsinə keçirsiniz. Daha sonra Türkiyədən almaq istədiyiniz məhsulun linkini kopyalayırsınız. Ardınca saytın sağ üst tərəfindəki SİFARİŞ ET düyməsini sıxıb, məhsulun linkini link bölməsinə yapışdırırsınız.

Məhsulun qiymətini, ölçüsünü, rəngini və s. məlumatları tamamlayırsınız.

Bir neçə paltar sifariş etmək istəyirsinizsə, yeni link daxil et düyməsini sıxıb, digər sifarişlərinizi əlavə edirsiniz. Daha sonra GÖNDƏR düyməsini klik edib, ÖDƏNİŞİ TAMAMLAyırsınız.

Qeyd edək ki, Sifariş et xidmətindən istifadə zamanı məhsulun qiymətinin üzərinə 5% bank xərcləri əlavə edilir. Bu, çatdırılma haqqı və ya xidmət haqqı deyil. 5% sizin ödəyəcəyiniz məbləğin satıcıya ödənməsinə qədər yaşanan bank xərcidir.

 

Qayda 2.

Siz Türkiyədən alver etmək istədiyiniz məhsulun saytına daxil olaraq, özünüzə şəxsi hesab yaradırsınız. Almaq istədiyiniz istədiyiniz məhsulun sifarişi zamanı satıcı saytın ünvan bölməsinə MOVER`in TÜRKİYƏDƏKİ ÜNVANINI qeyd edirsiniz. Mover`in Türkiyədəki ünvanı siz Mover.az saytında qeydiyyatdan keçən zaman profilinizdəki XARİCDƏKİ ÜNVANLARIM bölməsində əks olunur.

Sifarişinizi tamamladıqdan sonra satıcı mağaza sizin məhsulunuzu Mover`in Türkiyədəki anbarına gətirir. Biz isə sifarişlərinizi ən qısa müddətdə Bakıdakı ofisimizə çatdırırıq.

Türkiyədən alver istədiyiniz məhsulu özünüz sifariş verdiyiniz zaman mütləq həmin məhsul barədə BƏYANNAMƏ ƏLAVƏ EDİLMƏLİDİR. Bunun üçün siz Mover.az saytındakı hesabınıza daxil olaraq, SİFARİŞLƏRİM bölməsində BƏYAN ET düyməsini sıxırsınız. Bəyannamə bölməsindəki məlumatları tamamlayıb, satıcı mağazadan sizə göndərilmiş invoysu daxil edirsiniz.

Dövlət Gömrük Komitəsində problemlə qarşılaşmamaq üçün bəyannamə mütləq doldurulmalıdır. Bəyannaməsi əlavə edilməmiş məhsullar Bakı Karqo Terminalından buraxılmır.

 

Türkiyədən alver zamanı çatdırılma haqqı

Mover.az şirkəti Türkiyədən çatdırılma xidmətləri arasında ən sərfəli qiymətləri təklif edir. Siz Türkiyədən aldığınız paltarın çəkisi qədər daşınma haqqı ödəyirsiniz. Başqa heç bir şirkətdə olmayan bu təkliflə sizin Türkiyədən aldığınız məhsul 100 qramdırsa, çatdırılma haqqına görə cəmi 0,65 dollar ödəyirsiniz. Aldığınız məhsulların çəkisi artdıqca isə çatdırılma haqqı hər kiloya görə 3,9 dollara qədər düşür. Mover`in Türkiyədən çatdırılma qiymətləri ilə QİYMƏT CƏDVƏLİ bölməsində ətraflı tanış ola bilərsiniz.

 

Türkiyədən alver etdiyim məhsullar Azərbaycana neçə günə çatdırılır?

Türkiyənin onlayn mağazalarından Azərbaycana alver edilən məhsullar adətən 3-7 gün ərzində çatdırılır. Çatdırılma müddəti satıcı mağazanın sifarişləri Mover`in Türkiyədəki anbarına təhvil verdiyi müddətə görə dəyişə bilir.

Bağlamalar Mover`in Türkiyə anbarına daxil olduqdan ən gec 3 gün ərzində Bakıya çatdırılır.

Sifarişləriniz Mover`in baş ofisinə daxil olduqdan sonra siz Mover`in kuryer xidmətindən istifadə edə və bağlamalarınızın Bakı şəhərində istənilən ünvana çatdırılmasını istəyə bilərsiniz.

 

Türkiyədən alver - Rayonlara pulsuz çatdırılma

Eyni zamanda Mover`in Sumqayıt, Gəncə, Quba, Şəki və Lənkərandakı ofislərinə yaxınlaşıb bağlamalarınızı təhvil ala bilərsiniz. Həmçinin, biz sizin sifarişlərinizi yaşadığınız yerə - Azərbaycanın 50-dən çox şəhər, rayon və kəndlərində yerləşən Poçt Məntəqələrimizə  göndərə bilərik.

Mover.az-ın Azərbaycanın 60-dan çox yaşayış bölgəsində fəaliyyət göstərən məntəqələri də mövcuddur. Müştərilər Trendyoldan verdikləri sifarişləri yaşadığı, kənddə, şəhərdə, rayonda təhvil ala bilir.

 

Turkiyeden alver saytlarinin siyahisi

Azərbaycanın e-ticarət istifadəçilərinin ən çox alver etdiyi Türkiyə saytları aşağıdakılardır:

 

Trendyol.com online sifariş

Morhipo.com

LcWaikiki.com

Hepsiburada.com

N11.com

Koton.com

www2.hm.com/tr_tr/index.html

www.dsdamat.com

www.colins.com.tr

www.kigili.com

www.patirti.com

www.cacharel.com.tr

 

Türkiyədən alver edə biləcəyiniz bütün onlayn mağazaların siyahısı ilə Mover.az saytının NÜMUNƏ SAYTLAR bölməsində tanış ola bilərsiniz.