Türkiyədən Azərbaycana karqo xidməti

Türkiyədən Azərbaycana karqo xidməti

 

Türkiyədən Azərbaycana kargo xidməti

Türkiyədən Azərbaycana kargo necə həyata keçirilir? Daşınma qiymətləri necədir? Kargo neçə günə çatdırılır? Hansı proseslərdən keçir? Azərbaycanın hansı bölgələrinə çatdırılma mövcuddur.

 

Türkiyədən Azərbaycana sifariş çatdırılması son illərdə ən çox böyüyən sektorlardan biridir. Azərbaycanın elektron ticarət istifadəçilərinin Türkiyədən onlayn alış-verişlərinin həcmi son 4 ildə dəfələrlə böyüyüb. Bu böyümədə ən böyük paya sahib olan şirkət isə şübhəsiz ki, Mover.az-dır.

Ölkəmizin e-ticarət istifadəçilərinə ilk dəfə Alış-veriş köməkçisi xidmətini təklif edən Mover.az Türkiyədən Azərbaycana məhsul çatdırılmasının bir neçə dəfə artmasına, eyni zamanda bazarda onlarla yeni şirkətin də yaranmasına töhfə verib.

Bəs Türkiyədən Azərbaycana kargo necə həyata keçirilir? Şərtlər nədir? Kargo neçə günə çatdırılır? Hansı proseslərdən keçir? Azərbaycanın hansı bölgələrinə çatdırılma mövcuddur?

 

Türkiyədən iki dəfə daha ucuz qiymətə alış-veriş

Azərbaycanın e-ticarət istifadəçiləri Türkiyədə fəaliyyət göstərən yüzlərlə onlayn mağazadan minlərlə fərqli çeşiddə məhsul sifariş edir. Türkiyə mağazalarına bu qədər böyük marağın olmasının əsas səbəbi isə qiymətlərin həddən artıq sərfəli olmağıdır.

Müştərilər Azərbaycanda satılan hər hansı bir məhsulu Türkiyədən ən azı iki dəfə aşağı qiymətə ala bilir. Türkiyədən alınan məhsulların üzərinə çatdırılma haqqına görə ödənilən məbləği də gəldikdə məhsulun qiyməti yenə də çox sərfəli olur. Bu da e-ticarət istifadəçilərini Türkiyə bazarına yönəldir.

Mover.az həm fiziki şəxslərə, həm də korporativ müştərilərinə Türkiyədən karqo xidməti göstərir.

Mover.az ilə Türkiyədən alış-veriş etməyin çox sadə qaydası var. Bunun üçün sadəcə Mover.az saytında QEYDİYYATDAN KEÇmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra isə Türkiyədən məhsul sifariş etmək “iki vur iki” qədər asandır.

Türkiyədən alış-veriş etməyin iki fərqli qaydası var.

 

Türkiyədən necə kargo göndərişi edə bilərəm?

1-ci qayda

Siz Mover.az profilinizə daxil olaraq, Türkiyədən sifariş etmək istədiyiniz məhsulun linkini bizə göndərirsiniz və məhsulun pulunu bizim bank hesabımıza ödəyirsiniz. Biz isə həmin məhsulu sizin üçün sifariş edirik.

Bunun üçün Mover.az saytındakı profilinizdəki SİFARİŞLƏRİM bölməsinə daxil olursunuz. Türkiyə saytlarından sifariş etmək istədiyiniz məhsulun linkini kopyalayıb sağ üst tərəfdəki SİFARİŞ ET bölməsində açılan yerə yapışdırırsınız.

Məhsulun qiymətini, ölçüsünü, rəngini və s. məlumatları qeyd edib ödənişi tamamlayırsınız.

Əgər məhsulunuzun bir saat ərzində sifariş edilməsini istəyirsinizsə, TƏCİLİ SİFARİŞ`i seçirsiniz. Bu xidmətin qiyməti cəmi 2 dollardır.

Standart sifarişləriniz isə ödəmə tamamlandıqdan sonra iş günü ərzində növbə ilə həyata keçirilir.

Qeyd edək ki, sifarişlərinizi bu qayda verən zaman ödəmə zamanı almaq istədiyiniz məhsulun qiymətinin üzərinə 5% bank xərcləri əlavə edilir. Çünki biz sizin üçün Türkiyə saytlarına ödəmə etdikdə, məbləğin üzərinə 5% bank xərci gəlir. Bu, çatdırılma haqqı və ya xidmət haqqı deyil. 5% sizin ödəyəcəyiniz məbləğin satıcıya ödənməsinə qədər yaşanan bank xərcidir.

Siz eyni zamanda aldığınız məhsulu bəyənmədiyiniz təqdirdə onu satıcı mağazaya geri qaytara bilərsiniz. Bunun üçün isə Mover.az-ın Geri QAYTARMA XİDMƏTİndən istifadə edirsiniz.

2-ci qayda

Türkiyənin istənilən onlayn mağazasından özünüz istədiyiniz məhsulu alırsınız. Biz isə sadəcə həmin məhsulunuzu Azərbaycana çatdırırıq.

Bunun üçün siz məhsul sifariş etmək istədiyiniz Türkiyə saytına daxil olaraq, orada özünüzə şəxsi hesab yaradırsınız. Azərbaycana çatdırılmasını istədiyiniz məhsulun sifarişi zamanı həmin saytın ünvan bölməsinə MOVER`in TÜRKİYƏDƏKİ ÜNVANINI qeyd edirsiniz. Bu ünvanı siz Mover.az profilinizdəki Xaricdəki ünvanlarım bölməsindən əldə edə bilərsiniz.

Satıcı mağaza sizin sifariş verdiyiniz məhsulu Mover`in Türkiyədəki anbarına gətirir. Biz isə sifarişlərinizi ən qısa müddətdə Azərbaycandakı ünvanınıza çatdırırıq.

Bu qayda ilə sifariş verdiyiniz məhsullar barədə mütləq BƏYANNAMƏ ƏLAVƏ EDİLMƏLİDİR. Bunun üçün siz Mover.az saytındakı hesabınıza daxil olaraq, SİFARİŞLƏRİM bölməsində BƏYAN ET düyməsini sıxırsınız. Bəyannamə bölməsindəki məlumatları tamamlayıb, satıcı mağazadan sizə göndərilmiş invoysu daxil edirsiniz.

Dövlət Gömrük Komitəsində problemlə qarşılaşmamaq üçün məhsulun bəyannaməsi mütləq əlavə edilməlidir. Bəyannaməsi əlavə edilməmiş məhsullar Bakı Karqo Terminalından buraxılmır.

 

Mover.az-ın üstünlükləri nələrdir?

1. Mover.az Türkiyədən onlayn alış-verişi Azərbaycanın e-ticarət istifadəçilərinə sevdirən ilk şirkətdir. Müştərilərin bank kartlarının Türkiyə saytlarından alış-veriş etməyə imkan verməməsi problemini Mover.az həll edib və bununla da bank kartları Türkiyədə keçərli olmayan şəxslər də rahatlıqla sərfəli qiymətə alış-veriş etməyə başlayıb.

2. Mover.az Türkiyədən kargoda ən sərfəli qiymətləri təklif edən şirkətdir. Mover.az-a Türkiyə mağazalarından sifariş verdiyiniz məhsulların daşınma haqqını məhsulun xalis çəkisinə görə, QRAMA-QRAM ödəyirsiniz. Qeyd edək ki, bu qiymət tarifi AZƏRBAYCANDA HEÇ BİR KARGO ŞİRKƏTİNDƏ MÖVCUD DEYİL.

 

Məhsulun çəkisi artdıqca isə daşınma haqqı iki dəfəyə qədər aşağı düşür. Mover`in Türkiyədən daşınma qiyməti tarifləri ilə saytdakı QİYMƏT CƏDVƏLİndən tanış ola bilərsiniz.

1. Mover.az-ın Azərbaycanın 50-dən çox yaşayış bölgəsinə ofis və məntəqələri mövcuddur. Bakı, Sumqayıt, Gəncə, Şəki, Quba, Lənkəranda yerləşən ofislərimiz, o cümlədən 30-dan çox rayonda da Mover Məntəqələrimiz fəaliyyət göstərir. Beləliklə, müştərilərimiz Türkiyədən sifariş etdikləri məhsulları yaşadıqları bölgədə rahatlıqla təhvil ala bilirlər. Üstəlik, rayonlara çatdırılmaya görə HEÇ BİR ƏLAVƏ VƏSAİT TƏLƏB EDİLMİR.

2. Mover.az-ın Bakının bütün yaşayış massivlərində məntəqələri mövcuddur. Müştərilər Türkiyədən aldıqları məhsulları yaşadıqları ünvanın yaxınlığında yerləşən Mover Məntəqələrindən götürə bilər və yaxud Mover`in kuryer xidmətindən istifadə edərək, evinə təhvil verilməsini istəyə bilər.