Türkiyədən Azərbaycana uşaq geyimlərinin sifarişi və çatdırılması

Türkiyədən Azərbaycana uşaq geyimlərinin sifarişi və çatdırılması

 

Türkiyədən Azərbaycana uşaq paltarlarının sifarişi paltar sifarişini | Türkiyədən Bakıya uşaq geyimləri | Türkiyədən ucuz uşaq geyimlərinin sifarişi. |

 

Türkiyədən uşaq geyimlərinin onlayn sifarişi

Türkiyənin alış-veriş saytlarından uşaq geyimlərinin alış-verişi hazırda bir neçə il əvvələ görə görə asandır. Üstəlik, Türkiyədən uşaq geyimlərinin sifarişi zamanı pulumuzun xeyli hissəsinə də qənaət etmiş oluruq.

Azərbaycanda satılan Türkiyə istehsalı uşaq geyimlərinin qiyməti kifayət qədər bahadır. Hətta bəzi hallarda uşaq geyimləri böyüklər üçün olan paltarlardan daha baha qiymətə satılır. Buna görə də valideynlər uşaqlarını geyim alarkən Türkiyənin onlayn alış-veriş saytlarına daha çox üz tutmağa başlayıblar.

Adi bir müşahidə ilə Bakıda fəaliyyət göstərən böyük alış-vevriş mərkəzlərində satılan uşaq geyimlərinin qiymətini Türkiyədə həmin brendlərin onlayn mağazalarındakı qiymətlərlə müqayisə etmək olar. Bu zaman ortaya çıxan rəqəm isə kifayət qədər ciddi məbləğdir. Türkiyədən Azərbaycana uşaq paltarlarının sifarişi zamanı valideynlərin büdcələrinə ən azı 2 dəfə qənaət etmiş olurlar.

 

Türkiyədən uşaq paltarı almaq niyə sərfəlidir?

Azərbaycanda və Türkiyədə satılan uşaq geyimlərinin arasında bu qədər fərq olmasının təbii ki, obyektiv və subyektiv səbəbləri də var. Bakıda mağaza və ya mallarda satılan uşaq geymimlərinin qiymətininə üzərinə  həmin məhsula görə gömrük rüsumu, mağazanın icarə haqqı, satıcıya ödənilən aylıq əmək haqqı, vergilər və s. də əlavə olunduğu zaman Türkiyədəki qiymətlə böyük fərq ortaya çıxmış olur.

Valideynlər uşaqlarının geyimlərinin özləri birbaşa Türkiyənin onlayn alış-veriş saytlarından aldıqları zamanı isə məhsulun üzərinə yuxarı sadaladığımız xərclərin heç biri gəlmir. Dolayısı ilə məhsul Azərbaycanda satıldığı qiymətin yarısına, bəzən yarısından da aşağı qiymətə başa gəlir.

 

Türkiyədən Bakıya uşaq paltarlarının sifariş qaydası

Türkiyədən uşaqlarınıza geyim sifariş etməyin ən sadə yolu kimi Mover çatdırılma xidmətindən istifadən etmək lazımdır. Mover.az çatdırılma şirkəti sizin Türkiyədən aldığınız uşaq paltarlarını ən qısa müddətdə və sərfəli daşınma tarifləri ilə Azərbaycana çatdırır.

Türkiyədən uşaq paltarı sifariş vermək üçün ilk addım olaraq siz Mover.az saytında QEYDİYYATDAN KEÇməlisiniz.

Saytda qeydiyyatdan keçdikdən sonra sifariş etmək üçün iki alternativ mövcuddur.

 

1. Sifariş et xidməti ilə alış-veriş. Siz Türkiyə saytlarından almaq istədiyiniz məhsulun linkini bizə göndərirsiniz. Biz isə sizin əvəzinizə həmin məhsulu sifariş edib, qısa müddətdə Azərbaycandakı anbarımıza çatdırırıq.

2. Türkiyənin onlayn mağazalarından almaq istədiyiniz uşaq geyimlərini özünüz sifariş verirsiniz Mover bağlamalarınızı Azərbaycana çatdırır.

 

Qayda 1.

Mover.az-da qeydiyyatdan keçdikdən sonra saytdakı hesabınıza daxil olub, SİFARİŞLƏRİM bölməsinə keçirsiniz. Daha sonra Türkiyə mağazalarından almaq istədiyiniz məhsulun linkini kopyalayırsınız. Ardınca saytın sağ üst tərəfindəki SİFARİŞ ET düyməsini sıxıb, məhsulun linkini link bölməsinə yapışdırırsınız.

Məhsulun qiymətini, ölçüsünü, rəngini və s. məlumatları tamamlayırsınız.

Qeyd edək ki, Sifariş et xidmətindən istifadə zamanı məhsulun qiymətinin üzərinə 5% bank xərcləri əlavə edilir. Bu, çatdırılma haqqı və ya xidmət haqqı deyil. 5% sizin ödəyəcəyiniz məbləğin satıcıya ödənməsinə qədər yaşanan bank xərcidir.

 

Qayda 2.

Siz Türkiyədən almaq istədiyiniz məhsulun saytına daxil olaraq, özünüzə şəxsi hesab yaradırsınız. Almaq istədiyiniz uşaq geyimlərinin sifarişi zamanı satıcı mağazanın saytında ünvan bölməsinə MOVER`in TÜRKİYƏDƏKİ ÜNVANINI qeyd edirsiniz. Mover`in Türkiyədəki ünvanı siz Mover.az saytında qeydiyyatdan keçən zaman profilinizdəki XARİCDƏKİ ÜNVANLARIM bölməsində əks olunur.

Sifarişinizi tamamladıqdan sonra satıcı mağaza sizin məhsulunuzu Mover`in Türkiyədəki anbarına gətirir. Biz isə sifarişlərinizi ən qısa müddətdə Bakıdakı ofisimizə çatdırırıq.

Türkiyədən almaq istədiyiniz məhsulu özünüz sifariş verdiyiniz zaman mütləq həmin məhsul barədə BƏYANNAMƏ ƏLAVƏ EDİLMƏLİDİR. Bunun üçün siz Mover.az saytındakı hesabınıza daxil olaraq, SİFARİŞLƏRİM bölməsində BƏYAN ET düyməsini sıxırsınız. Bəyannamə bölməsindəki məlumatları tamamlayıb, satıcı mağazadan sizə göndərilmiş invoysu daxil edirsiniz.

Dövlət Gömrük Komitəsində problemlə qarşılaşmamaq üçün bəyannamə mütləq doldurulmalıdır. Bəyannaməsi əlavə edilməmiş məhsullar Bakı Karqo Terminalından buraxılmır.

 

Türkiyədən uşaq geyimlərinin çatdırılması haqqı neçə manatdır?

Mover.az şirkəti Türkiyədən çatdırılma xidmətləri arasında ən sərfəli qiymətləri təklif edir. Siz Türkiyədən aldığınız paltarın çəkisi qədər daşınma haqqı ödəyirsiniz. Başqa heç bir şirkətdə olmayan bu təkliflə sizin Türkiyədən aldığınız məhsul 100 qramdırsa, çatdırılma haqqına görə cəmi 0,65 dollar ödəyirsiniz. Aldığınız məhsulların çəkisi artdıqca isə çatdırılma haqqı hər kiloya görə 3,9 dollara qədər düşür. Mover`in Türkiyədən çatdırılma qiymətləri ilə QİYMƏT CƏDVƏLİ bölməsində ətraflı tanış ola bilərsiniz.

 

Türkiyədən aldığım uşaq paltarları Azərbaycana neçə günə çatdırılır?

Türkiyənin onlayn mağazalarından uşaq geyimlərinin Azərbaycana sifarişlər adətən 3-7 gün ərzində çatdırılır. Çatdırılma müddəti satıcı mağazanın sifarişləri Mover`in Türkiyədəki anbarına təhvil verdiyi müddətə görə dəyişə bilir.

Bağlamalar Mover`in Türkiyə anbarına daxil olduqdan ən gec 3 gün ərzində Bakıya çatdırılır.

Sifarişləriniz Mover`in baş ofisinə daxil olduqdan sonra siz Mover`in kuryer xidmətindən istifadə edə və bağlamalarınızın Bakı şəhərində istənilən ünvana çatdırılmasını istəyə bilərsiniz.

 

Türkiyədən rayonlara pulsuz çatdırılma

Eyni zamanda Mover-in Azərbaycanın 60-dan çox yaşayış bölgəsində fəaliyyət göstərən məntəqələri də mövcuddur.

 

Türkiyənin uşaq geyimləri sifariş saytları

Uşaqlarınıza Türkiyənin bir çox onlayn alış-veriş saytlarından bir-birindən gözəl və keyfiyyətli geyimlər sifariş edə bilərsiniz. Üstəlik, Türkiyənin onlayn alış-veriş saytlarından sifariş zamanı pulunuzun də böyük bir qismi cibijnizdə qalacaq və bu sərfəli alış-verişdən sadəcə zövq alacaqsınız.

Uşaq geyimlərinin, qız uşaqları və oğlan uşaqları üçün paltarların sifarişini aşağıdakı Türkiyə saytlarından rahatlıqla sifariş edə bilərsiniz.

 

https://www.koton.com/

https://www.defacto.com.tr/

Trendyol.com

Morhipo.com

LcWaikiki.com

Hepsiburada.com

N11.com

www2.hm.com/tr_tr/index.html

Türkiyədən alış-veriş edə biləcəyiniz bütün onlayn mağazaların siyahısı ilə Mover.az saytının NÜMUNƏ SAYTLAR bölməsində tanış ola bilərsiniz.

 

Türkiyədən uşaq ayaqqabılarının sifarişi

Turkiyeden Azerbaycana usaq geyimleri

Turkiyeden Bakiya usaq paltarlari