Türkiyədən paltar sifarişi

Türkiyədən paltar sifarişi

 

Türkiyədən paltar sifarişini necə edə bilərik? Türkiyədən paltar sifariş vermək üçün ən uyğun saytlar və mağazalar hansılardır? Türkiyədən sifariş verdiyimiz paltarlar Azərbaycana neçə günə çatdırılır? Rayonlarda yaşayan şəxslər də Türkiyədən paltar sifarişi verə bilərmi?.

 

Türkiyədən Azərbaycana onlayn alış-veriş

Son illərdə Azərbaycanda Türkiyədən paltar sifariş verən onlayn ticarət istifadəçilərinin sayı bir neçə dəfə artıb. Bunun əsas səbəbi kimi Türkiyədə tekstil sektorundakı aşağı qiymətlər və sərfəli qiymətə keyfiyyətli məhsul almaq imkanıdır.

Eyni zamanda Azərbaycanda satışda olan Türkiyə istehsalı məhsulları da qardaş ölkədən ən azı iki dəfə aşağı qiymətə əldə etmək imkanı da insanları onlayn alış-verişə yönəldir. Bəs Türkiyədən paltar sifarişini necə edə bilərik? Türkiyədən paltar sifariş vermək üçün ən uyğun saytlar və mağazalar hansılardır? Türkiyədən sifariş verdiyimiz paltarlar Azərbaycana neçə günə çatdırılır? Rayonlarda yaşayan şəxslər də Türkiyədən paltar sifarişi verə bilərmi? Bu yazımızda bütün bu sualları cavablandırmağa çalışacağıq.

Türkiyədən paltar sifariş etməyin ən sadə yolu kimi Mover çatdırılma xidmətindən istifadən etmək lazımdır. Mover.az çatdırılma şirkəti sizin Türkiyədən verdiyiniz paltar sifarişlərini ən qısa müddətdə və sərfəli qiymətə Azərbaycana çatdırır.

Türkiyədən paltar sifariş vermək üçün ilk addım olaraq siz Mover.az saytında QEYDİYYATDAN KEÇməlisiniz. Saytda qeydiyyatdan keçdikdən sonra sifariş etmək üçün iki alternativ mövcuddur.

1. Sifariş et xidməti ilə alış-veriş. Siz Türkiyə saytlarından almaq istədiyiniz məhsulun linkini bizə göndərirsiniz. Biz isə sizin əvəzinizə həmin məhsulu sifariş edib, qısa müddətdə Azərbaycandakı anbarımıza çatdırırıq.

2. Türkiyə mağazalarından almaq istədiyiniz paltarları özünüz sifariş verirsiniz və Mover bağlamalarınızı Azərbaycana çatdırır.

 

Qayda 1.

Mover.az-da qeydiyyatdan keçdikdən sonra saytdakı hesabınıza daxil olub, SİFARİŞLƏRİM bölməsinə keçirsiniz. Daha sonra Türkiyə mağazalarından almaq istədiyiniz məhsulun linkini kopyalayırsınız. Ardınca saytın sağ üst tərəfindəki SİFARİŞ ET düyməsini sıxıb, məhsulun linkini link bölməsinə yapışdırırsınız.

Məhsulun qiymətini, ölçüsünü, rəngini və s. məlumatları tamamlayırsınız.

Bir neçə paltar sifariş etmək istəyirsinizsə, yeni link daxil et düyməsini sıxıb, digər sifarişlərinizi əlavə edirsiniz. Daha sonra GÖNDƏR düyməsini klik edib, ÖDƏNİŞİ TAMAMLAyırsınız.

Əgər almaq istədiyiniz paltarın Türkiyə mağazasında tükənəcəyini düşünür və ən gec bir saat ərzində sifariş verilməsini istəyirsinizsə, TƏCİLİ SİFARİŞ`i seçirsiniz. Təcili Sifariş xidmətinin qiyməti məhsul sayından asılı olmayaraq, cəmi 2 dollardır.

Təcili olmayan - Standart sifarişləriniz isə ödəmə tamamlandıqdan sonra iş günü ərzində növbə ilə verilir.

Qeyd edək ki, Sifariş et xidmətindən istifadə zamanı məhsulun qiymətinin üzərinə 5% bank xərcləri əlavə edilir. Bu, çatdırılma haqqı və ya xidmət haqqı deyil. 5% sizin ödəyəcəyiniz məbləğin satıcıya ödənməsinə qədər yaşanan bank xərcidir.

 

Qayda 2.

Siz Türkiyədən almaq istədiyiniz məhsulun saytına daxil olaraq, özünüzə şəxsi hesab yaradırsınız. Almaq istədiyiniz istədiyiniz məhsulun sifarişi zamanı satıcı saytın ünvan bölməsinə MOVER`in TÜRKİYƏDƏKİ ÜNVANINI qeyd edirsiniz. Mover`in Türkiyədəki ünvanı siz Mover.az saytında qeydiyyatdan keçən zaman profilinizdəki XARİCDƏKİ ÜNVANLARIM bölməsində əks olunur.

Sifarişinizi tamamladıqdan sonra satıcı mağaza sizin məhsulunuzu Mover`in Türkiyədəki anbarına gətirir. Biz isə sifarişlərinizi ən qısa müddətdə Bakıdakı ofisimizə çatdırırıq.

Türkiyədən almaq istədiyiniz məhsulu özünüz sifariş verdiyiniz zaman mütləq həmin məhsul barədə BƏYANNAMƏ ƏLAVƏ EDİLMƏLİDİR. Bunun üçün siz Mover.az saytındakı hesabınıza daxil olaraq, SİFARİŞLƏRİM bölməsində BƏYAN ET düyməsini sıxırsınız. Bəyannamə bölməsindəki məlumatları tamamlayıb, satıcı mağazadan sizə göndərilmiş invoysu daxil edirsiniz.

Dövlət Gömrük Komitəsində problemlə qarşılaşmamaq üçün bəyannamə mütləq doldurulmalıdır. Bəyannaməsi əlavə edilməmiş məhsullar Bakı Karqo Terminalından buraxılmır.

 

Türkiyədən çatdırılma haqqı neçə manatdır?

Mover.az şirkəti Türkiyədən çatdırılma xidmətləri arasında ən sərfəli qiymətləri təklif edir. Siz Türkiyədən aldığınız paltarın çəkisi qədər daşınma haqqı ödəyirsiniz. Başqa heç bir şirkətdə olmayan bu təkliflə sizin Türkiyədən aldığınız məhsul 100 qramdırsa, çatdırılma haqqına görə cəmi 0,65 dollar ödəyirsiniz. Aldığınız məhsulların çəkisi artdıqca isə çatdırılma haqqı hər kiloya görə 3,9 dollara qədər düşür. Mover`in Türkiyədən çatdırılma qiymətləri ilə QİYMƏT CƏDVƏLİ bölməsində ətraflı tanış ola bilərsiniz.

 

Türkiyədən aldığım paltar Azərbaycana neçə günə çatdırılır?

Türkiyənin onlayn mağazalarından Azərbaycana sifarişlər adətən 3-7 gün ərzində çatdırılır. Çatdırılma müddəti satıcı mağazanın sifarişləri Mover`in Türkiyədəki anbarına təhvil verdiyi müddətə görə dəyişə bilir.

Bağlamalar Mover`in Türkiyə anbarına daxil olduqdan ən gec 3 gün ərzində Bakıya çatdırılır.

Sifarişləriniz Mover`in baş ofisinə daxil olduqdan sonra siz Mover`in kuryer xidmətindən istifadə edə və bağlamalarınızın Bakı şəhərində istənilən ünvana çatdırılmasını istəyə bilərsiniz.

 

Türkiyədən rayonlara pulsuz çatdırılma

Eyni zamanda Mover`in Sumqayıt, Gəncə, Quba, Şəki və Lənkərandakı ofislərinə yaxınlaşıb bağlamalarınızı təhvil ala bilərsiniz. Həmçinin, biz sizin sifarişlərinizi yaşadığınız yerə - Azərbaycanın 50-dən çox şəhər, rayon və kəndlərində yerləşən Poçt Məntəqələrimizə  göndərə bilərik.

Mover.az-ın Azərbaycanın 60-dan çox yaşayış bölgəsində fəaliyyət göstərən məntəqələri də mövcuddur. Müştərilər Trendyoldan verdikləri sifarişləri yaşadığı, kənddə, şəhərdə, rayonda təhvil ala bilir.

 

Türkiyə geyim saytlarının siyahisi

Azərbaycanın e-ticarət istifadəçilərinin ən çox paltar aldığı Türkiyə saytları aşağıdakılardır:

 

Trendyol.com online sifariş

Morhipo.com

LcWaikiki.com

Hepsiburada.com

N11.com

Koton.com

www2.hm.com/tr_tr/index.html

www.dsdamat.com

www.colins.com.tr

www.kigili.com

www.patirti.com

www.cacharel.com.tr

 

Türkiyədən alış-veriş edə biləcəyiniz bütün onlayn mağazaların siyahısı ilə Mover.az saytının NÜMUNƏ SAYTLAR bölməsində tanış ola bilərsiniz.