Türkiyədən və Amerikadan kitab sifarişi

Türkiyədən və Amerikadan kitab sifarişi

 

Türkiyə və Amerikadan kitabların sifarişi üçün ən sərfəli şərtlər | 50% endirim kampaniyası | Cəmi 1,8 dollardan başlayan çatdırılma qiymətləri | Rayonlara çatdırılma xidməti. 

 

Türkiyə və Amerikadan kitabların sifarişi və çatdırılması xidməti

Türkiyədən kitab sifariş etmək istəyən şəxsləri ən çox düşündürən aldıqları kitabların Azərbaycana hansı qiymətə gəlib çatacağıdır. Azərbaycanda satılan xarici dilli kitabların qiyməti kitab oxucuları üçün sərfəli deyil. Bu baxımdan, oxucular oxumaq istədikləri kitabları Türkiyə və ya Amerikadan sifariş etməkdə maraqlıdır.

 

Xaricdən kitab sifarişlərində 50 faiz endirim kampaniyası

Mover.az karqo şirkəti kitabsevərlər üçün ən sərfəli şərtləri təklif edir. Belə ki, kitabsevər müştərilər Türkiyə və Amerikadan aldığınız kitabların Azərbaycana çatdırılması zamanı daşınma haqqının cəmi yarısını ödəyir. Kitab sifarişlərində tətbiq etdiyimiz 50% daimi endirim kampaniyası müştərilərin xaricdən aldıqları kitablara görə İKİ DƏFƏ daha az daşınma haqqı ödəməsinə imkan verir.

Beləliklə, Türkiyə və Amerikadan sifariş verdiyiniz kitabların daşınma haqqı bağlamanın ümumi çəkisinin yarısı qədər hesablanır.

Siz Türkiyə və Amerikadan aldığınız kitabların çəkisi 1 kq-a qədərdirsə, buna görə cəmi 3,25 dollar daşınma haqqı ödəyirsiniz. Kitabların çəkisi artıqca isə daşınma haqqı avtomatik olaraq azalır.

Misalçün, Türkiyədən sifariş verdiyiniz kitabların çəkisi 5 kq-dan çoxdursa, daşınma haqqı kq*2,25$ düsturu ilə hesablanır.

Türkiyədən aldığınız kitabların çəkisi 10 kq-dan da çoxdursa, ödəyəcəyiniz məbləğ daha da azalır və hər kiloqram üçün cəmi 1,8 dollar ödəyirsiniz.

Eyni qayda Amerikadan sifariş edilən kitablarda da tətbiq edilir və kitabların çəkisi artdıqca, onlara görə ödəniləcək daşınma haqqı azalır. Mover.az-ın bütün çəkilərə görə tətbiq edilən qiymət tarifləri ilə QİYMƏT CƏDVƏLİ bölməsində ətraflı tanış ola bilərsiniz.

 

Türkiyə və Amerikadan necə kitab sifariş verə bilərik?

Hər şey çox sadədir! Bunun üçün sadəcə Mover.az saytında QEYDİYYATDAN KEÇmək lazımdır. Saytda qeydiyyatdan keçdikdən sonra siz Türkiyədən almaq istədiyiniz kitabların linkini bizə göndərməklə və ya bizim Türkiyədəki anbarımızın ünvanını istifadə etməklə özünüz sifariş verə bilərsiniz.

Amerikadan kitab almaq üçün isə Mover.az saytında qeydiyyatdan keçdikdən sonra sizə verilən Amerika ünvanından istifadə edirsiniz. Biz isə çox sərfəli qiymətlərlə kitablarınızı ünvanınıza qədər gətiririk.

Xüsusi qeyd: Kitab sifarişlərinin çatdırılmasına ən böyük - 50 faiz endirim tətbiq edildiyi üçün Mover`in digər endirim kampaniyaları şamil edilmir.

Qeyd edək ki, Mover.az-ın Azərbaycanın 50-dən çox yaşayış bölgəsinə ofis və məntəqələri mövcuddur. Bakı, Sumqayıt, Gəncə, Şəki, Quba, Lənkəranda yerləşən ofislərimiz, o cümlədən 30-dan çox rayonda da Mover Məntəqələrimiz fəaliyyət göstərir. Beləliklə, müştərilərimiz Türkiyədən sifariş etdikləri kitabları yaşadıqları bölgədə rahatlıqla təhvil ala bilirlər. Üstəlik, rayonlara çatdırılmaya görə HEÇ BİR ƏLAVƏ VƏSAİT TƏLƏB EDİLMİR.

Mover.az-ın Bakının bütün yaşayış massivlərində məntəqələri mövcuddur. Müştərilər Türkiyədən aldıqları kitabları yaşadıqları ünvanın yaxınlığında yerləşən Mover Məntəqələrindən götürə bilər və yaxud Mover`in kuryer xidmətindən istifadə edərək, evinə təhvil verilməsini istəyə bilər.

Necə deyərlər, oxumaq sizdən, endirim bizdən!