Biz kimik?

“Mover” MMC express logistika şirkətidir. 2015-ci ildən bəri Azərbaycan bazarında fəaliyyət göstərən şirkət bu günə qədər 50 mindən çox fiziki şəxsin 200 min tondan artıq yükünü müxtəlif xarici ölkələrdən Azərbaycana gətirib, o cümlədən ölkə daxilindəki ünvanlara əldən təslim edib.

Şirkət Azərbaycan qanunvericiliyi ilə qadağan edilməmiş hər növ yüklərin xarici ölkələrdən Azərbaycana və Azərbaycan daxilində qapıya çatdırılması ilə məşğuldur. Ölkəxarici və ölkədaxili elektron ticarət platformalarından verilən sifarişlərin ünvana çatdırılmasını da həyata keçirən “Mover” MMC bugünə qədər yarım milyondan çox bağlamanı Azərbaycanın müxtəlif bölgələrindəki müştərilərinə təhvil verib.

Mover MMC hazırda müştərilərinə elektron ticarət logistikası, anbar, havayolu karqo, dəniz daşımaçılığı, tarixi və sənət əsərlərinin, təhlükəli maddələrin və temperatur həssaslığı olan bağlamaların daşınması, qapıda təslim, onboard, alış-veriş köməkçisi və çarter xidmətlərini təklif edir.

Mover MMC eyni zamanda yazışmalar, işgüzar sənədlər, şəkillər, bədii açıqcalar, reklam-məlumat çap materialları, sxemlər və əlyazmaların, həmçinin, dövri çap və poliqrafiya məhsulları kimi poçt daşımalarına daxil olan hər cür yüklərin göndərilməsini də həyata keçirir.

Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasının (İATA) Azərbaycandakı yeganə üzvü və öz sahəsində dünya lideri olan “World Courier” şirkətinin ölkədəki partnyoru olan Mover MMC beynəlxalq aləmdə də özünəməxsus yerə sahibdir. Azərbaycanın 40-a yaxın şəhər və rayonunda 7 ofis və 50-dən çox Mover Məntəqələrinə sahib olan Mover MMC ölkədə bu sahədə ən böyük şəbəkəyə sahibdir və gündən günə böyüyür. Məqsədimiz ölkənin hər bir nöqtəsindəki müştərilər üçün əlçatan olmaq və onların məmnuniyyətini qazanmaqdır.

Elektron Ticarət Logistikası

Mover MMC Azərbaycanda fəaliyyət göstərən elektron ticarət şirkətlərinin həyata keçirdiyi satışlar zamanı bağlamaların satıcının anbarından təhvil alınıb, müştəriyə qapıda təslim edilməsini təmin edir. Azərbaycandakı onlayn alış-veriş mağazalarının satdığı hər növ məhsulun satıcı firmanın anbarından müştərinin ünvanına tam təhlükəsiz çatdırılmasını həyata keçiririk. Elektron ticarət şirkətlərinə təqdim etdiyimiz bu xidmət zamanı bağlamaların satıcının anbarından təhvil alınmasından müştəriyə təslim edildiyi ana qədər tam təhlükəsizliyinə məsuliyyət daşıyırıq. Zamanla yarışan kuryerlərimiz bağlamaların ən qısa müddətdə və təhlükəsiz şəkildə ilk ünvandan son ünvana çatdırılması üçün yüksək peşəkarlıq göstərir. Məqsədimiz elektron ticarət tərəfdaşlarının hər birinin məmnuniyyətini təmin etmək, satıcı və alıcı tərəflər arasındakı etimadın qorunmasında xüsusi pay sahibi olmaqdır.

Anbar Xidməti

Mover MMC dünyanın xarici elektron ticarət platformalarından alış-veriş edən şəxslərə bu ölkələrdə anbar xidməti göstərir. Hazırda Türkiyə, Amerika Birləşmiş Ştatları və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Mover anbarlarına elektron ticarət zamanı qanunla qadağan edilməmiş hər növ bağlamalar göndərilə bilər. Biz müştərilərin sifarişlərini ən qısa müddətdə qeyd etdiyi ünvana çatdırırıq. ABŞ-da yerləşən Mover anbarına isə dünyanın bütün ölkələrinə aid onlayn ticarət platformalarından verilən sifarişlər göndərilə bilər. Mover MMC bağlamaların anbara daxil olduğu andan sonrakı bütün proseslərinə tam zəmanət verir və sifarişçilərin yüklərini təhlükəsiz şəkildə ünvana təhvil verir.

Kütləvi göndərişlərin çatdırılması xidməti

Mover MMC sifarişçinin bir dəfəyə 100-dən artıq daxili poçt göndərişinin qəbul edilməsi və çatdırılmasını da həyata keçirir. Kütləvi göndərişlərin çatdırılması xidmətinin qiyməti və şərtləri sifarişçilərlə qarşılıqlı razılaşma əsasında müqavilə ilə müəyyənləşdirilir. Bir dəfəyə 100-dən artıq poçt göndərişinin Azərbaycanda müvafiq sayda istənilən ünvana çatdırılmasını ən sürətli və peşəkar şəkildə həyata keçirəcəyimə təminat veririk.

Havayolu Karqo Xidməti

Azərbaycan qanunlarının tələblərinə uyğun olan hər növ və çəkidəki yükləri hava yolu ilə dünyanın istənilən ölkəsinə göndərmək bizim işimizdir. Müxtəlif növ bağlamaları qapıda müştəridən təhvil alır və göndərilmək istənilən ölkəyə ən qısa müddətdə, tam təhlükəsiz şəkildə çatdırılmasına təminat veririk. Dünyanın 220-dən çox ölkəsinə qapıdan qapıya çatdırılmanı yüksək peşəkarlıq tələbləri çərçivəsində həyata keçiririk. Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasının (İATA) Azərbaycandakı yeganə üzvü olan Mover MMC ən yüksək standartları özündə ehtiva edir və müştərilər üçün ideal şərtlər təqdim edir. Bu sahədəki beynəlxalq tərəfdaşlarımız gördüyümüz işdəki peşəkarlığımızın zəmanətidir. Başlıca amalımız yüksək müştəri məmnuniyyətini təmin etmək və sektorda ölkənin ən etibarlı şirkətinə çevrilməkdir.

Dəniz daşımaçılığı

Yük daşınması sektorunda dünyada ən çox üstünlük verilən nəqliyyat növü olan dəniz daşımaçılığı ilə çəkisindən asılı olmayaraq hər növ yüklərinizi daşıyırıq.

Hava və quru yolları daşımaçılığından bir neçə dəfə ucuz olduğu üçün ağır yüklərin daşınmasında ən sərfəli vasitə olan dəniz daşımaçılığında yüklərin tam təhlükəsizliyinə təminat veririk. Ağır yüklü konteynerlərin və hər növdə məhsulların təhlükəsiz daşınmasını təklif etdiyimiz bu xidmətlə müştərilər həm əlavə xərclərdən xilas olacaq, həm də yüklərinin təhlükəsizliyinə əminlik qazanacaq. Dəniz daşımaçılığı xidmətindən istifadə zamanı daşınan yüklər yükün göndərildiyi istiqamətdən asılı olaraq, eyni zamanda hava və quru yolları ilə də daşına bilər. Mover müxtəlif yüklərin bir limandan digərinə və ya bir limandan dənizə çıxışı olmayan digər nöqtəyə çatdırılmasını həyata keçirir.

Tarixi və sənət əsərlərinin/sərgilərin daşınması

Dəyəri heç bir məbləğlə ifadə edilməyən əsərlərin, müştərilər üçün tarixi-mənəvi əhəmiyyəti olan yüklərin daşınması Mover MMC-nin tam zəmanəti altında həyata keçirilir.

Geniş şəbəkəmiz və öz sahəsində dünya lideri olan beynəlxalq partnyorlarımız sayəsində xüsusi qorunma ehtiyacı olan yükləri təhlükəsizliyinə tam təminat verərək daşıyırıq. Təhlükəli yüklərin daşınması üzrə Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasının (İATA) sertifikatlarına sahib olan peşəkar kollektivdən ibarət Mover MMC tarixi və sərgi əhəmiyyətli, həmçinin, müştərilər üçün özəl əhəmiyyət daşıyan yüklərin ünvana çatdırılmasına zəmanət verir. Beynəlxalq keyfiyyət standartlarına tam əməl edən peşəkar əməkdaşlarımız xüsusi əhəmiyyətli yüklərin yüksək səviyyədə paketlənməsinə və göndərişə hazırlanmasına cavabdehlik daşıyır. Müştərilərin məmnuniyyəti isə ən böyük qazancımızıdır.

Təhlükəli kimyəvi maddələrin və temperatur həssaslığı olan bağlamaların daşınması

Mover MMC təhlükəli kimyəvi maddələrin və temperatur həssaslığı daşıyan bağlamaların daşınmasını həyata keçirir.

Şirkətimiz hər cür təhlükəli kimyəvi maddənin və temperatur həssaslığı olan bağlamaların, o cümlədən qan, ilik analizləri, hüceyrə və daxili orqanların daşınmasını ən təhlükəsiz şəkildə və qısa müddətdə ünvana çatdırır. Məqsədimiz zamana qalib gəlmək və həssas bağlamaları ildırım sürəti ilə ünvana çatdırmaqdır.

Bu kateqoriyadan olan yükləri həm ölkədən ölkəyə, həm də Azərbaycan daxilində istənilən ünvana ən qısa müddətdə və təhlükəsiz şəkildə çatdırırıq.

Təsadüfi deyil ki, bu sahədə 50 ildən artıq təcrübəsi olan “World Courier” beynəlxalq şirkəti Azərbaycanda özünə Mover MMC-ni tərəfdaş seçib və yüklərinin daşınmasını bizə həvalə edib. Təhlükəli yüklərin daşınmasında beynəlxalq standartları müəyyənləşdirən İATA-nın Azərbaycandakı yeganə üzvü olmağımız da bu işdəki peşəkarlığımızın qarantiyasıdır. Müştərilər hər cür təhlükəli yüklərin və temperatur həssaslığı olan bağlamaların daşınmasını əminliklə şirkətimizə həvalə edə və göndərilməsini istədiyi ünvanda rahatlıqla təhvil ala bilər.

Qapıda Təslim Kuryer Xidməti

Mover`in Qapıda Təslim Kuryer Xidməti ilə Azərbaycan qanunvericiyilinə uyğun hər növ bağlamanın ölkə daxilində bütün ünvanlara çatdırılması həyata keçirilir. Azərbaycan daxilindəki istənilən ünvana əldən təslim edilən bağlamalar tam təhlükəsiz şəkildə daşınır.

Yüklərin ilk ünvanda təhvil alınmasından son ünvanda təhvil verilməsinə qədərki bütün proses boyu təhlükəsizliyinə Mover MMC cavabdehlik daşıyır. Qapıda Təslim Kuryer Xidmətindən istifadə zamanı daşınan bağlamalar peşəkar kuryerlərimiz tərəfindən müştəriyə istədiyi ünvanda əldən təhvil verilir. Müştərilərin tam rahatlığı üçün xidmətimizi hər gün daha da təkmilləşdirir və daşınma prosesini ən ideal vəziyyətə gətirməyə çalışırıq.

Onboard Xidməti

Mover MMC standart çatdırılma xidməti ilə yanaşı, müştərilərinə xüsusi kuryer xidməti də təklif edir. Onboard kuryer xidməti ilə Mover MMC-nin peşəkar kuryerləri ölkələrarası çatdırılma sifarişi verilən bağlamaya təhkim edilir. Peşəkar kuryerlərimiz bağlama ilə birlikdə sifarişin təhvil alındığı ölkədən yükün çatdırılmalı olduğu ölkəyə gedir və bağlamanı göndərilən ünvanda əldən təhvil verir. 30 kiloqrama qədər yüklərin daşınması üçün əlverişli olan bu xidmətlə xarici ölkələrə göndərilən yüklər ən ideal zaman aralığında və tam təhlükəsiz şəkildə ilk ünvandan son ünvana çatdırılır. Məqsədimiz müştərilərin xüsusi hiss etməsi üçün əlimizdən gələnin daha artığını etməkdir.

Alış-veriş Köməkçisi Xidməti

Mover MMC elektron ticarət istifadəçilərinə alış-veriş köməkçisi xidməti təklif edir. “Mover” bu xidmətlə xarici elektron ticarət platformalarında alış-veriş zamanı heç bir problemlə qarşılaşmadan bağlamaların satıcı mağazadan Azərbaycanda dəqiq ünvana çatdırılmasına qədər bütün mərhələləri öz öhdəsinə götürür.

“Mover” vasitəsilə dünyanın müxtəlif ölkələrinin onlayn ticarət saytlarından alış-veriş edən şəxslər sifarişlərinin satıcı mağazadan sifarişçinin ünvanına çatdırılmasına qədərki hər bir addımı onlayn şəkildə izləyə bilir.

Çarter Xidməti

Mover MMC müştərilərinə özəl sərnişin və yük təyyarələrinin, həmçinin, vertolyotların kirayələnməsini xidmətini təklif edir. Şirkət xüsusi sifarişlər ilə müştərilər üçün kiçik və ya böyük ölçülü sərnişin təyyarəsi reysləri təşkil edir, eyni zamanda iri həcmli yüklərin daşınması üçün karqo təyyarələri təmin edir. Müştərilərin sifarişi əsasında mülki vertolyotların da kirayələnməsi həyata keçirilir. Məqsədimiz müştərilərin özəl hiss etməsinə nail olmaq və lüks həvəskarlarına bunu ən yüksək səviyyədə yaşatmaqdır.

Geniş şəbəkə

Bakı (2 ofis), Abşeron, Sumqayıt, Gəncə, Quba, Şəki, Lənkəran və Şirvan olmaqla respublikanın müxtəlif bölgələrində 7 ofisi və 50-dən çox Mover Məntəqəsi ilə böyük şəbəkəyə sahib şirkətin hədəfi Azərbaycanın bütün şəhər və rayonlarında təmsil olunmaqdır.

Müştəriləri üçün hər gün daha da əlçatan olmağı arzulayan Mover MMC bunun üçün öz şəbəkəsini sürətlə böyüdür. Şirkət eyni zamanda Bakıda və regionlarda gənclər üçün yeni iş imkanları yaradır. Hazırda şirkətin 100-ə yaxın əməkdaşının böyük çoxluğu gənclərdən ibarətdir.

Beynəlxalq partnyorlar

Mover MMC Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasının (İATA) Azərbaycandakı yeganə üzvüdür.

İATA dünyada hava nəqliyyatı yükdaşımaları ilə məşğul olan şirkətlərin beynəlxalq standartlarını müəyyən edir. Asossiasiya yalnız özünün standartlarına cavab verən peşəkar şirkətləri üzvlüyə qəbul edir.

Mover MMC eyni zamanda öz sahəsində dünya lideri olan “World Courier” şirkəti ilə müxtəlif yüklərin daşınması üzrə əməkdaşlıq edir.

“World Courier” şirkəti hüceyrə, qan, ilik analizləri, canlı orqanlar, dərmanlar və s. kimi temperatur həssaslığı tələb edən yüklərin, həmçinin, təhlükəli kimyəvi maddələrin daşınmasını həyata keçirir.