Mover maraqlı bir yeniliklə iş saatlarını uzatdı!

Mover maraqlı bir yeniliklə iş saatlarını uzatdı!

Dəyərli müştərilərimiz,

Öncəliklə, nəzərinizə çatdıraq ki, artıq yenilənmiş iş saatlarımız aşağıdakı kimidir: (Bazar ertəsi – Şənbə)

 

  • Müştəri xidmətləri: 10:00 – 20:00
  • Çağrı Mərkəzi: 10:00 – 00:00
  • “Sifariş et” xidməti: 10:00 – 23:30
  • Bağlamaların təhvili: 10:00 – 00:00

Maraqlı nüans isə odur ki, Müştəri xidmətlərinin qeyri-iş saatlarında, yəni 20:00-dan sonra bağlamaların təhvil verildiyi ofisimizin qapısı bağlanacaq. Bu zaman sual yaranır: Bəs 20:00 – 00:00 aralığında bağlamalarını təhvil almaq istəyən müştərilər qapını necə açacaqlar?


Bu halda qapını açmaq üçün girişdə xüsusi cihaz yerləşdirilib. Bu cihaza Müştəri kodu və təhvil alınacaq bağlamaların çatdırılma haqqının onlayn balansdan ödənişi zamanı SMS vasitəsilə əldə olunan PIN kod daxil edilir. Əgər məlumatlar doğrudursa, cihaz sizin üçün qapını açacaq.


İçəri daxil olduqdan sonra sizi çek aparatı qarşılayacaq. Ona da eynilə Müştəri kodunuzu və az öncə əldə etdiyiniz PIN kodu daxil edərək qəbz əldə edəcəksiniz.


Nəhayət, qəbzi sizi orada gözləyən anbardara təqdim edərək bağlamanızı rahatlıqla təhvil ala bilərsiniz. İnanırıq ki, bu xidmət zaman baxımından problem yaşayıb bağlamalarını təhvil ala bilməyən müştərilərimizin işini xeyli asanlaşdıracaq.


Bitdi? Xeyr, xeyr. Bu hələ harasıdır?


Yeni imicimiz, üslubumuz və iş tərzimizlə küləklər şəhərinə külək kimi gəlirik.. Bizimlə qalın!

  • Yalnız bu gün, cəmi 2...
  • 05.11.2021

  • Bayram tətili günlərində iş...
  • 05.08.2021

  • Türkiyədən CƏMİ 1 GÜNƏ...
  • 05.05.2021

  • “Bonuslu “Visa”” apreldə də...
  • 03.30.2021

  • Diqqət: Smart Customs sistemi ilə...
  • 02.25.2021

  • DİQQƏT: Amerika göndərişlərinin gecikmələri haqqında...
  • 11.27.2020

  • Artıq Amerikadan da 2kq çatdırılma...
  • 11.27.2020

  • Visa ilə ödə 2 kg...
  • 09.10.2020

  • Standart qiymətə PREMIUM təkliflə qarşınızdayıq!...
  • 09.09.2020

  • Mover daşıma tariflərini dəyişdirdi -...
  • 09.01.2020

  • DİQQƏT: Türkiyə anbarımızın ünvanı...
  • 08.27.2020

  • Mover YENİ - "ANBARDA SAXLAMA"...
  • 08.25.2020

  • Dubaydan Azərbaycana ətir sifarişi və...
  • 08.21.2020

  • Avqustun 22-nə olan iş qrafikimiz...
  • 08.22.2020

  • Türkiyədən Azərbaycana uşaq geyimlərinin sifarişi...
  • 07.03.2020