FORUM.MOVER.AZ - Sualın var? Müzakirə aç, cavabı da mütləq var!

FORUM.MOVER.AZ - Sualın var? Müzakirə aç, cavabı da mütləq var!

Başlayaq? Elə indi.

 

Dəyərli e-ticarət həvəskarları,

 

Mover dünyada və ölkəmizdə günü-gündən böyüməkdə olan elektron ticarət üzrə bütün suallarınıza cavab tapa və bütün cavablarınızı bölüşə biləcəyiniz yeni platformasını qürurla təqdim edir - Mover Forum!

 

Forum.mover.az adresindən daxil ola biləcəyiniz yeni e-ticarət forumunda Mover işləmə prinsipi, sifariş və çatdırılma qaydaları, yeniliklər ilə bağlı ətraflı məlumat ala bilərsiniz.  Həmçinin, elektron ticarət zamanı keçilən bütün mərhələlər və prosedurlarla bağlı da müzakirələr apara, obyektiv şəkildə şikayətlərinizi, tövsiyələrinizi bölüşə və ya suallarınızı soruşa, şəxsi təcrübələrinizi bölüşməklə yanaşı, digər insanların da təcrübələrini oxuya biləcəksiniz.

 

Forum-da istifadəçilərin bütün dünya üzərindən müxtəlif e-ticarət saytları və onlayn satış edən brendlərlə, elektronikadan geyimə qədər müxtəlif məhsullarla və karqo şirkətləri ilə bağlı tövsiyələrini və şikayətlərini bir-biriləri ilə paylaşmaları üçün müvafiq kateqoriyalar mövcuddur.

 

Bundan əlavə, e-ticarətdən ən sərfəli şəkildə istifadə etmək üçün istifadəçilər Forum-da xüsusi ayrılmış Endirimlər kateqoriyasında Azərbaycan, Türkiyə, Amerika və digər dünya ölkələrində mövcud olan yüksək faizli, sərfəli endirimləri bir-biriləri ilə bölüşə bilərlər.

 

Ən maraqlı tərəfi isə, istifadəçilərin ən çox məlumatsız olduğu Gömrük məsələləri üçün də Forum-da ayrıca kateqoriya yaradılıb. Burada Mover idarəçilərinin paylaşdığı bəzi Poçt Rabitəsi Qaydalarından əlavə, istifadəçilər də öz yaşanmış təcrübələrini, yarana biləcək problemləri, səbəblərini və həllərini müzakirə edə bilərlər.

 

Forum-un başlıca məqsədi Azərbaycanda e-ticarət alış-verişinin inkişafına təkan verməkdir. Bu səbəbdən, Mover Forum ödənişsizdir və hər kəsin istifadəsinə açıqdır!

 

 

Biz sizin üçün obyektiv müzakirə platformu yaratdıq!

 

Onu yaşatmaq və davamlı aktiv saxlamaq isə siz istifadəçilərin əlindədir.

 

Forum-da müntəzəm müzakirələr apararaq həm geniş məlumat bazası yarada, həm də rahatlıqla ağı qaradan seçə bilərsiniz!

 

 

Mover Forum

Öyrətdikcə böyüyən dəyər!

  • DİQQƏT: Amerika göndərişlərinin gecikmələri haqqında...
  • 11.27.2020

  • Artıq Amerikadan da 2kq çatdırılma...
  • 11.27.2020

  • Visa ilə ödə 2 kg...
  • 09.10.2020

  • Standart qiymətə PREMIUM təkliflə qarşınızdayıq!...
  • 09.09.2020

  • Mover daşıma tariflərini dəyişdirdi -...
  • 09.01.2020

  • DİQQƏT: Türkiyə anbarımızın ünvanı...
  • 08.27.2020

  • Mover YENİ - "ANBARDA SAXLAMA"...
  • 08.25.2020

  • Dubaydan Azərbaycana ətir sifarişi və...
  • 08.21.2020

  • Avqustun 22-nə olan iş qrafikimiz...
  • 08.22.2020

  • Türkiyədən Azərbaycana uşaq geyimlərinin sifarişi...
  • 07.03.2020

  • Amerikadan Azərbaycana kosmetika və makiyaj...
  • 07.02.2020

  • FLO-dan ayaqqabıların Azərbaycana sifarişi və...
  • 07.01.2020

  • Ebay.com saytından Azərbaycana sifariş və...
  • 06.30.2020

  • 26 iyun Silahlı Qüvvələr Günündə...
  • 06.25.2020

  • Hepsiburada.com-dan Azərbaycana sifariş və çatdırılma...
  • 06.25.2020