Xaricdən Necə Telefon Sifariş Etməli?

Xaricdən Necə Telefon Sifariş Etməli?

Amerikadan telefon almaq və sifariş vermək heç bu qədər asan olmamışdı. Siz sifariş verirsiniz, Mover gətirir.

 

Bu yazıda onlayn telefon satan saytlar barədə məlumat alacaqsınız, ancaq bundan öncə amerikan saytlarında tez-tez qarşımıza çıxan “Unlocked Phones”“Refurbished phones” və “Cell phones with plans” yazıları barədə bilsəniz daha yaxşı olar.

 

 

“Refurbished phones” orijinal telefonlara nisbətən daha ucuz telefonlardır. Bunun əsas səbəbi bu adlı telefonlarda nasazlıq yaşanması və yenidən fabriklərə qayıdaraq tənzimlənməsi, yenidən satışa çıxarılmasıdır.

 

 

“Cell phones with plans” müəyyən operatora bağlı, hər ay ödəniş edilən telefonlardır. Telefonu alırsınız, üstündə nömrə olur və o nömrənin tarifinə uyğun ödəniş edirsiniz.  Amerikadan kənarda yaşayanlar üçün tövsiyə olunmur.

 

 

“Unlocked phones” Amerikadan kənarda yaşayan insanlar üçün ən məsləhətli kateqoriyadır. Bu telefonlar heç bir operatora bağlı deyil və Amerikadan kənarda da rahatlıqla istifadəsi mümkündür. “Unlocked phones” alarkən

diqqət etməniz vacib digər məqam isə bəzi onlayn telefon saytlarının “Activated now”funksiyasını təklif etməsidir. Əgər bu təklifi qəbul etsəniz, telefonunuz hansısa operatora bağlı olacaq və Azərbaycan ərazisində işlətməyiniz

mümkünsüzləşəcək. Nisbətən ucuz təklifi görüb klikləməməyiniz tövsiyə olunur.

 

 

İndi isə gələk onlayn telefon alışı saytlarına.

 

Amazon dünyanın ən böyük alış-veriş saytıdır, lakin buna baxmayaraq bəzi məhsulları xaricə karqolamırlar. Buna görə də əgər siz Amazon-dan telefon almaq istəsəniz, saytın daxilində axtarış zamanı sizə telefon təklif edilməyəcək. Bunun əsas səbəbi yuxarıda da qeyd etdiyimiz kimi Amazon-un həmin məhsulları xaricə göndərməməkləridir. Mover bu problemin həlli üçün xidmətinizdədir. Amazon-un saytına girdiyiniz zaman sol qıraqda “Deliver to Azerbaijan” yazısını görəcəksiniz. Yəni sayt sizin Azərbaycandan daxil olduğunuzu bilir.

 

 

Sizin etməli olduğunuz şey isə həmin yazıya klikləmək, daha sonra qarşınızda açılacaq səhifədə “or enter a US zip code” yazısının altındakı xanaya Moverdən qeydiyyatdan keçərək aldığınız  adresin poçt kodunu yazıb “Apply” düyməsinə klikləmək və aşağıdakı “Done” düyməsinə klikləməkdir.

 

 

Beləliklə, Amazon sizi Amerikada yaşayan biri kimi qəbul edəcək və bütün məhsullar qarşınızda görünəcək. Büdcənizə uyğun istənilən telefonu seçə və adres yerinə Mover anbarının ünvanını yazaraq sifarişi tamamlaya bilərsiniz. Mover ən qısa müddətdə telefonu sizə çatdıracaqdır.

 

Sayta keçid linki: https://amzn.to/2sEWUX6

 

 

Amazon-dan başqa “BestBuy” saytı da texnologiya məhsullarının satışı ilə məşğuldur. Burada siz müxtəlif telefonların, digər alətlərin satıldığını görə bilərsiniz. Sayt sizə həm də müxtəlif endirimlər, kampaniyalar təklif edir. 1966-cı ildə “Sound of Music” adıyla qurulan şirkət sonralar adını dəyişmişdir. 1000-dən çox filialı vardır, ən etibarlı mağazalar şəbəkələrindən biridir.

 

Sayta keçid linki: http://bit.ly/2AUmJH1

 

 

“Newegg“ 2016-cı ildə Kaliforniyada qurulan onlayn texnologiya satışı saytlarından biridir. Bu saytın digərlərindən əsas fərqi az tanınan, Amerika bazarında geniş yer tutmayan telefonların da satışı ilə məşğul olmasıdır. Əsas investorları Çin olan bu şirkətin təklif etdiyi qiymətlərdən razı qalacaqsınız.

 

Sayta keçid linki: http://bit.ly/2AVfsqp  

 

 

Son olaraq isə növbə son dövrlərin yüksəlişdə olan markası Xiaomi-nin Amerikadakı icmasındadır. Bu saytda siz Xiaomi-nin məhsulları barədə məlumat ala bilər, məhsulu seçdikdən sonra hansı onlayn satış saytlarında almaq mümkün olduğunu öyrənə bilərsiniz. Xiaomi-nin rəsmi satış mərkəzlərindən biri olan Aliexpress və Alibaba-nı müştərilərimizə tövsiyə etmirik. Bunun əsas səbəbi həmin saytlar Çindən karqolayırlar və qiymət münasibət olsa belə Çindən Amerikaya telefonların göndərilməsi xeyli vaxt çəkir. Vaxtınızı itirməmək üçün bu Xiaomi icmasının tövsiyə etdiyi digər saytlardan sifariş edə bilərsiniz.

 

Sayta keçid linki: http://bit.ly/2R1QJGn  

 

Ümid edirik ki, bu məlumatlar sizin alış-verişinizi asanlaşdıracaq. Daim sizin rahatlığınız üçün çalışırıq.

 

Hörmətlə,

Mover.

  • Mover`la ingilis dilini 55% endirimlə...
  • 11.01.2019

  • Həcmi çəkini ləğv etdik!
  • 10.26.2019

  • Moverkart ilə rahat alış-veriş!
  • 09.25.2019

  • Bağlamanın xalis çəkisinə görə...
  • 08.26.2019

  • 12 Avqust qeyri-iş günüdür
  • 08.08.2019

  • Mover Lənkəranda!
  • 08.05.2019

  • Mover artıq Qubada!
  • 07.30.2019

  • Mover Məntəqələri
  • 07.04.2019

  • Oxumaq sizdən, endirim bizdən!
  • 07.02.2019

  • Məsafələr qısaldı – Mover artıq...
  • 06.27.2019

  • 26 İyunda işləyirik
  • 06.25.2019

  • Bakı küləyi artıq Gəncədə!
  • 06.21.2019

  • Umico Mover ilə qazandırır!
  • 06.13.2019

  • Mover balansınızı Milliön-də artırın!
  • 06.01.2019

  • Ramazan bayramı ilə əlaqədar 1-10...
  • 05.29.2019