12 aprel göndərişi ilə bağlı Mover şirkəti tərəfindən açıqlama

12 aprel göndərişi ilə bağlı Mover şirkəti tərəfindən açıqlama

Aprel ayının 12-si Türkiyə ambarımızdan göndərilən yüklər anonim şikayət daxil olması səbəbindən Sabiha Gökçen hava limanında (tam tesbit üçün) Türkiyə Cumhuriyyəti Gömrük xidməti tərəfindən yoxlanışa göndərilmişdir.


Aprel ayının 16-na kimi yoxlanış aparılmış və yüklərdə heç bir qeyri-qanuni hala rast gəlinməmiş, bununla bağlı sənədlər Mover şirkətinə rəsmi olaraq təqdim edilmişdir.


Ancaq təəssüf ki, Sabiha Gökçen hava limanında Yoxlanan bağlamaların sayının çox olması sözü gedən hava limanında gömrük yoxlama proseslərinin uzanmasına və yüklərin çıxışında çətinlik yaratmışdır. Bu müddət ərzində MOVER şirkəti lazımı bütün hüquqi addımları atmış və öz yüklərinin çatdırılmasına maksimum tezliklə nail olmağa çalışır. Nəticədə Yüklərin Sabiha Gökçən hava limanından çıxarılaraq İstanbul hava limanı üzərindən göndərilməsi üçün lazımı bütün yazışma və sənədləşmələr aparılmışdır. Hələlik göndərişin hava limanından çıxarılması proseduru baş tutmasa da, MOVER şirkəti prosesi yaxından izləyir və sürətləndirmək üçün lazımdı addımları atır.


Verilən ən son məlumata görə sözü gedən 12 Aprel yüklərinin 23 Aprel -də Türkiyədə “Beynəlxalq uşaqlar günü” rəsmi bayramı qeyd olunması səbəbindən rəsmi tətil olduğundan göndərişin 24 Aprel tarixində həyata keçirilməsi gözlənilir.


Yaşanan vəziyyətin bizdən asılı olmadığını bildirir, ən qısa zamanda isə məsələni həll etməyə çalışırıq.


Qeyd edək ki, sözügedən reysdən öncəki və sonrakı reyslərlə daşınan yüklərin Azərbaycandakı anbarlara çatdırılmasında isə heç bir çətinlik yoxdur.


Yaranmış çətinliklə bağlı Siz dəyərli müştərilərimizin narahatlığını anlayır və məhz bu tarixli daşımaya aid olan yüklərə 50% endirim edəcəyimizi bildirik.

  • "Qrama-qram Ödə" və "Həcmi Çəkinin...
  • 11.18.2019

  • Mover`la ingilis dilini 55% endirimlə...
  • 11.01.2019

  • Həcmi çəkini ləğv etdik!
  • 10.26.2019

  • Moverkart ilə rahat alış-veriş!
  • 09.25.2019

  • Bağlamanın xalis çəkisinə görə...
  • 08.26.2019

  • 12 Avqust qeyri-iş günüdür
  • 08.08.2019

  • Mover Lənkəranda!
  • 08.05.2019

  • Mover artıq Qubada!
  • 07.30.2019

  • Mover Məntəqələri
  • 07.04.2019

  • Oxumaq sizdən, endirim bizdən!
  • 07.02.2019

  • Məsafələr qısaldı – Mover artıq...
  • 06.27.2019

  • 26 İyunda işləyirik
  • 06.25.2019

  • Bakı küləyi artıq Gəncədə!
  • 06.21.2019

  • Umico Mover ilə qazandırır!
  • 06.13.2019

  • Mover balansınızı Milliön-də artırın!
  • 06.01.2019