Trendyoldan Azərbaycana çatdırılmanın qaydası

Trendyoldan Azərbaycana çatdırılmanın qaydası

Trendyoldan Azərbaycana çatdırılmanın qaydası

Türkiyənin Trendyol onlayn mağazası Azerbaycanda elektron ticarət istifadəçiləri tərəfindən ən çox sifariş verilən platformadır. Bəs Trendyol`dan sifariş necə verilir, Azerbaycana çatdırılma mümkündürmü, ən sürətli və sərfəli üsul nədir?

Bu sualların cavabını aşağıdakı yazıda tapa bilərsiniz.

 

Trendyol Azerbaycan

 

Trendyol mağazasından Bakıya nə sifariş edə bilərəm?

Trendyol onlayn platforması Azerbaycanda ən çox alış-veriş edilən saytlardan biridir. Trendyol`da minlərlə mağazanın yüzminlərlə adda, milyonlarla məhsulu satılır. Azerbaycan e-ticarət istifadəçiləri Trendyol`dan daha çox geyim, elektronika və müxtəlif ev əşyaları və s. sifariş edir. Lakin bu platformada satışı qanunla qadağan olunmamış hər növ məhsulu tapa bilərsiniz.

Trendyol onlayn platforması mütəmadi olaraq təklif etdiyi endirim kampaniyaları ilə müştəriləri özünə cəlb edir. Endirim kampaniyaları zamanı bəzən məhsulun satış qiymətindən 80%-ə qədər aşağı təkliflər olur. Bu baxımdan bu platformadan alış-veriş etmək e-ticarət istifadəçiləri üçün çox sərfəlidir.

 

Trendyoldan Azərbaycana necə sifariş verə bilərəm?

Bəs Trendyoldan Azərbaycana necə sifariş vermək olur? Trendyoldan Bakıya çatdırılma mümkündürmü? Trendyoldan ən sürətli və sərfəli şəkildə necə alış-veriş etmək olar?

Trendyol platforması Azərbaycana birbaşa çatdırılma həyata keçirmir. Bunun üçün də siz Trendyoldan məhsul sifariş etmək üçün çatdırılma şirkətlərindən istifadə etməlisiniz. Mover.az çatdırılma şirkəti sizin Trendyoldan verdiyiniz sifarişləri ən qısa müddətdə və sərfəli qiymətə Azərbaycana çatdırır. Üstəlik, Mover.az-ın Azərbaycanın 60-dan çox yaşayış bölgəsində fəaliyyət göstərən məntəqələri mövcuddur. Müştərilər Trendyoldan verdikləri sifarişləri yaşadığı, kənddə, şəhərdə, rayonda təhvil ala bilir.

Trendyoldan Azərbaycana sifariş vermək üçün siz Mover.az saytında QEYDİYYATDAN KEÇməlsiniz. Mover.az saytında qeydiyyatdan keçdikdən sonra alış-veriş etmək üçün iki fərqli alternativ mövcuddur.

Sifariş et xidməti ilə alış-veriş. Siz Trendyoldan sifariş etmək istədiyiniz məhsulu bizə göndərirsiniz. Biz sizin əvəzinizə həmin məhsulu sifariş edirik və qısa müddətdə Azərbaycandakı ünvanınıza çatdırırıq.

Trendyoldan sifarişlərinizi özünüz verirsiniz və Mover.az bağlamalarınızı sizin Azərbaycandakı ünvanınıza çatdırır.

 

Qayda 1.

Mover.az saytındakı hesabınıza daxil olub, SİFARİŞLƏRİM bölməsinə keçirsiniz. Daha sonra Trendyoldan almaq istədiyiniz məhsulun linkini kopyalayırsınız. Ardınca sağ üst tərəfdə SİFARİŞ ET düyməsini sıxıb, sifariş etmək məhsulun linkini link bölməsinə yapışdırırsınız.

Məhsulun qiymətini, ölçüsünü, rəngini və s. məlumatlarını tamamlayırsınız.

Eyni anda bir neçə məhsul sifariş etmək istəyirsinizsə, yeni link daxil et düyməsini sıxıb, digər sifarişlərinizi əlavə edirsiniz. Daha sonra GÖNDƏR düyməsini keçib, ÖDƏNİŞİ TAMAMLAyırsınız.

Əgər məhsulunuzun ən gec bir saat ərzində sifariş verilməsini istəyirsinizsə, TƏCİLİ SİFARİŞ`i seçirsiniz. Təcili Sifariş xidmətinin qiyməti məhsul saytından asılı olmayaraq, cəmi 2 dollardır.

Standart sifarişləriniz ödəmə tamamlandıqdan sonra iş günü ərzində növbə ilə verilir.

Sifariş et xidmətindən istifadə zamanı məhsulun qiymətinin üzərinə 5% bank xərcləri əlavə edilir. Çünki biz sizin üçün ödəmə etdikdə, ödədiyimiz məbləğin üzərinə 5% bank xərci əlavə edilir. Bu, çatdırılma haqqı və ya xidmət haqqı deyil. 5% sizin ödəyəcəyiniz məbləğin satıcıya ödənməsinə qədər yaşanan bank xərcidir.

Bu zaman sifariş etmək istədiyiniz məhsula Zəmanət Al`a və məhsulu bəyənmədiyiniz halda onu satıcı mağazaya geri qaytara bilərsiniz.

 

Qayda 2.

Siz Trendyol saytına daxil olaraq, özünüzə şəxsi hesab yaradırsınız. Azərbaycana çatdırılmasını istədiyiniz məhsulun sifarişi zamanı Trendyol mağazasındakı ünvan bölməsinə MOVER`in TÜRKİYƏDƏKİ ÜNVANINI qeyd edirsiniz.

Satıcı mağaza sizin sifariş verdiyiniz məhsulu Mover`in Türkiyədəki anbarına gətirir. Biz isə sifarişlərinizi ən qısa müddətdə Azərbaycandakı ünvanınıza çatdırırıq.

Özünüz sifariş verdiyiniz məhsullar barədə mütləq BƏYANNAMƏ ƏLAVƏ EDİLMƏLİDİR. Bunun üçün siz Mover.az saytındakı hesabınıza daxil olaraq, SİFARİŞLƏRİM bölməsində BƏYAN ET düyməsini sıxırsınız. Bəyannamə bölməsindəki məlumatları tamamlayıb, satıcı mağazadan sizə göndərilmiş invoysu daxil edirsiniz.

Dövlət Gömrük Komitəsində problemlə qarşılaşmamaq üçün bəyannamə mütləq doldurulmalıdır. Bəyannaməsi əlavə edilməmiş məhsullar Bakı Karqo Terminalından buraxılmır.

 

Trendyoldan Azerbaycana çatdırılma neçə günə baş tutur?

Trendyol mağazasından Azərbaycana sifarişlər adətən 3-7 gün ərzində çatdırılır. Çatdırılma müddəti satıcı mağazanın sifarişləri Mover`in Türkiyədəki anbarına təhvil verdiyi müddətə görə dəyişə bilir.

Bağlamalar Mover`in Türkiyə anbarına daxil olduqdan ən gec 3 gün ərzində Bakıya çatdırılır.

Sifarişləriniz Mover`in baş ofisinə daxil olduqdan sonra siz Mover`in kuryer xidmətindən istifadə edə və bağlamalarınızın Bakı şəhərində istənilən ünvana çatdırılmasını istəyə bilərsiniz.

Eyni zamanda Mover`in Sumqayıt, Gəncə, Quba, Şəki və Lənkərandakı ofislərinə yaxınlaşıb bağlamalarınızı təhvil ala bilərsiniz. Həmçinin, biz sizin sifarişlərinizi yaşadığınız yerə - Azərbaycanın 50-dən çox şəhər, rayon və kəndlərində yerləşən Poçt Məntəqələrimizə  göndərə bilərik.

 

  • DİQQƏT: martın 28-dən iş sistemimiz...
  • 03.27.2020

  • Türkiyə və Amerikadan çatdırılması dayandırılan...
  • 03.26.2020

  • Bölgələrdəki anbarlarımızın iş qrafiki barədə...
  • 03.23.2020

  • Mover Ödənişsiz Kuryer Xidmətini istifadəyə...
  • 12.20.2019

  • Bayram günlərindəki iş qrafikimiz barədə...
  • 03.19.2020

  • Sərhədlərin bağlanması barədə açıqlama
  • 03.16.2020

  • Türkiyədən Azərbaycana alver saytları
  • 02.29.2020

  • 02.27.2020

  • 02.27.2020

  • 02.27.2020

  • 02.27.2020

  • 02.27.2020

  • 02.27.2020

  • 02.27.2020

  • 02.27.2020