Mover MMC-dən gecikmələrlə bağlı zəruri açıqlama

Mover MMC-dən gecikmələrlə bağlı zəruri açıqlama

Hörmətli müştərilər, 
Son günlər sifarişlərinizin çatdırılması ilə bağlı yaşanan gecikmələr ən azı sizin qədər bizi də məyus edir. Şirkət olaraq, heç bir halda belə halla üzləşmək istəməzdik. Arxada qalan 4 illik fəaliyyət dövrümüzdə ən başlıca məqsədimiz müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin edilməsi olub. Bugünə qədər şirkətimizin xidmətindən istifadə edən minlərlə müştərimiz də məhz bu səbəbdən bizimlədir. 

Lakin çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirik ki, ötən aydan başlayaraq, Türkiyə və Amerikanın onlayn mağazalarında tətbiq edilən bir neçə həftəlik böyük endirim kampaniyalarından sonra sifarişlərin çatdırılmasında müəyyən gecikmələr yaşanır. 

Gecikmələrin əsas səbəbi səbəbi gömrük qurumunda – Bakı Karqo Terminalda (BCT) yaranmış həddən artıq yüklənmədir. Son günlər endirim kampaniyaları çərçivəsində müxtəlif ölkələrdən verilən sifarişlərin sayının dəfələrlə artması nəticəsində BCT-də normaldan qat-qat daha çox iş həcmi yaranır. Daxil olan bağlama sayının kəskin artması nəticəsində də BCT-də bağlamaların yoxlanışdan keçmə müddəti normadan bir neçə gün çox çəkir. Bunun nəticəsində bağlamaların müştərilərə təhvil verilməsində problem yaşanır. 

Qeyd etmək istərdik ki, gömrükdə bağlamaların yoxlama prosesinin gecikdirilməsi şirkət olaraq bizə də neqativ təsir edir. Yoxlamaların uzandığı və yüklərin BCT-də qaldığı hər günə görə Mover əlavə rüsum ödəyir. Bu baxımdan, mövcud situasiyanın bizi də zərərə uğratdığını və bundan məmnun olmadığımızı bilməyinizi istəyirik. 

Xüsusi olaraq vurğulamaq istərdik ki, baş verən bu neqativ halın səbəbi qətiyyən bizim şirkət olaraq işimizə səhlənkar yanaşmamız deyil. Mover xidmət keyfiyyətini hər gün yaxşılaşdıran və müştəriləri üçün daha ideal sistem qurmağa çalışan şirkətdir. 

Biz xüsusi olaraq endirim kampaniyaları dövründə müştərilərimizin sifarişlərinizi qısa müddətdə təhvil vermək üçün Türkiyədən göndərişlərimizi HƏFTƏDƏ 4 DƏFƏYƏ, Amerikadan göndərişlərimizi isə HƏFTƏDƏ 2 DƏFƏYƏ çıxardıq. Eyni zamanda Müştəri xidmətləri əməkdaşlarımızın sayını İKİ DƏFƏ ARTIRDIQ

Lakin son günlər müştəri xidmətlərində yaranan yüklənmənin də səbəbi məhz gömrükdə yaşanan gecikmələrdir. Bağlamaların gecikməsinə görə müştərilərimizdən daxil olan zənglərin və mesajların sayı da kəskin artdığı üçün geridönüşlərdə müəyyən problemlər yaşanır. Şirkət olaraq hazırda bütün gücümüzlə mövcud situasiyanın aradan qaldırılmasına çalışır, bütün müvəqqəti neqativlərə görə dəyərli müştərilərimizin anlayışına sığınırıq.
  
Mover sifarişlərinin çatdırılmasında problem yaşayan, bağlamaları gecikən hər bir dəyərli müştərisindən yaranmış məyusedici situasiyaya görə üzr istəyir. Bütün komandamızla və maksimum gücümüzlə çalışırıq ki, bizim üçün qiymətli olan etibarınızı doğruldaq və bağlamalarınızı qısa müddətdə sizə təhvil verək. Bunun üçün əməkdaşlarımız hətta həftənin Bazar günləri də sizin xidmətinizdə olur. 

Bir daha yaşanan müvəqqəti gecikmələrə görə üzrxahlıq edir, anlayışınıza görə hər birinizə təşəkkür edirik. 

Mover MMC

  • DİQQƏT: Amerika göndərişlərinin gecikmələri haqqında...
  • 11.27.2020

  • Artıq Amerikadan da 2kq çatdırılma...
  • 11.27.2020

  • Visa ilə ödə 2 kg...
  • 09.10.2020

  • Standart qiymətə PREMIUM təkliflə qarşınızdayıq!...
  • 09.09.2020

  • Mover daşıma tariflərini dəyişdirdi -...
  • 09.01.2020

  • DİQQƏT: Türkiyə anbarımızın ünvanı...
  • 08.27.2020

  • Mover YENİ - "ANBARDA SAXLAMA"...
  • 08.25.2020

  • Dubaydan Azərbaycana ətir sifarişi və...
  • 08.21.2020

  • Avqustun 22-nə olan iş qrafikimiz...
  • 08.22.2020

  • Türkiyədən Azərbaycana uşaq geyimlərinin sifarişi...
  • 07.03.2020

  • Amerikadan Azərbaycana kosmetika və makiyaj...
  • 07.02.2020

  • FLO-dan ayaqqabıların Azərbaycana sifarişi və...
  • 07.01.2020

  • Ebay.com saytından Azərbaycana sifariş və...
  • 06.30.2020

  • 26 iyun Silahlı Qüvvələr Günündə...
  • 06.25.2020

  • Hepsiburada.com-dan Azərbaycana sifariş və çatdırılma...
  • 06.25.2020