DİQQƏT: martın 28-dən iş sistemimiz dəyişdirilir

DİQQƏT: martın 28-dən iş sistemimiz dəyişdirilir

 

Hörmətli müştərilər, ölkəmizdəki xüsusi karantin rejimi ilə bağlı martın 28-dən etibarən bağlamaların təhvili prosesi aşağıdakı qaydada həyata keçiriləcək.

  • Daşınma haqlarının kassada nəğd olaraq qəbulu dayandırılır.
  • Bütün bağlamaların daşınma haqqı sayt və ya mobil tətbiqetmə üzərindən onlayn qaydada qəbul edilir.
  • Bağlamaların Baş ofisdən (Füzuli 65) fiziki olaraq təhvil alınması dayandırılır. 
  • Bağlama təhvili üçün daşınma haqqı onlayn ödənilir və Bakı şəhəri daxilində evə kuryer sifariş edilir.
  • Bütün bağlamalar YALNIZ kuryer vasitəsilə ünvana çatdırılacaq.
  • Müştərilərimiz “3 gün ərzində ödənişsiz” kuryer xidmətimizdən istifadə edərək, bağlamalarını evə sifariş edə bilər. Bu xidmətlə bağlamalar 3 gün ərzində növbəli qaydada evlərə çatdırılacaq.
  • Bağlamalarını təcili təhvil almaq istəyən müştərilər əlavə ödənişlə “Gün ərzində” və ya “Təcili kuryer sifarişi” xidmətlərimizdən istifadə edə bilər.
  • Kuryer xidmətindən yalnız anbar ünvanı olaraq Baş ofisi (Füzuli 65) seçmiş müştərilər istifadə edə bilər.
  • Bakı şəhəri daxilində xüsusi karantin rejimi ilə bağlı fəaliyyətini dayandırmamış məntəqələrimizə bağlamaların göndərilməsi davam edəcək. Nəzərə alın ki, məntəqələrin iş saatları dəyişkən ola bilər. 
  • Sumqayıt, Gəncə, Şəki, Quba və Lənkəran ofislərimizə bağlama göndərmək mümkün olmadığı üçün bu müddət ərzində həmin ofislər fəaliyyət göstərməyəcək.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi növbəti qərarlara uyğun olaraq atacağımız addımlar barədə əlavə məlumat veriləcək. Mövcud vəziyyətlə bağlı yaşanan müvəqqəti çətinliyi anlayışla qarşılamağınızı xahiş edirik.

 

#EvdəQal`ın kuryer sifariş edin, biz bağlamalarınızı evə gətirək! Özünüzün və yaxınlarınızın sağlamalığını qoruyun. Çünki sağlamlığınız hər şeydən dəyərlidir!

 

  • Türkiyədə tətil günləri ilə bağlı...
  • 07.14.2021

  • Türkiyə, ABŞ, ÇİN və Almaniyadan...
  • 07.12.2021

  • Etibarlı karqo şirkəti
  • 07.13.2020

  • Türkiyədən 1 kiloqramı cəmi 3.1...
  • 07.03.2021

  • Çəki paketini seç, Türkiyədən kilosu...
  • 07.02.2021

  • Türkiyədən Gəncəyə 2 GÜNƏ bağlama...
  • 06.24.2021

  • Əhmədli anbarımızdan PULSUZ ÇATDIRARIQ!
  • 06.14.2021

  • Gəncə anbarımız yeni ünvanda!
  • 06.14.2021

  • Yeni Moverkartla üstünlüyü hiss...
  • 05.31.2021

  • Yalnız bu gün, cəmi 2...
  • 05.11.2021

  • Bayram tətili günlərində iş...
  • 05.08.2021

  • Türkiyədən CƏMİ 1 GÜNƏ...
  • 05.05.2021

  • Diqqət: Smart Customs sistemi ilə...
  • 02.25.2021

  • DİQQƏT: Amerika göndərişlərinin gecikmələri haqqında...
  • 11.27.2020

  • Standart qiymətə PREMIUM təkliflə qarşınızdayıq!...
  • 09.09.2020