Türkiyə və Amerikadan yüklərin göndərişi barədə - YENİLƏNİB

Türkiyə və Amerikadan yüklərin göndərişi barədə - YENİLƏNİB

 

“Silk Way Airlines” hava yolu şirkətinin reysləri ilə bağlı yaranmış problem artıq öz həllini tapıb.

Mover`in Türkiyə və Amerikadan Azərbaycana göndəriş gözləyən bütün yükləri hazırda ölkəyə göndərilir.

Bundan sonra da yüklərimizin Azərbaycana göndərilməsi intensiv qaydada davam edəcək və heç bir gecikmə problemi yaşanmayacaq.

Rahatlıqla xarici ölkələrdən alış-verişinizə davam edə bilərsiniz.

Onu da qeyd edək ki, hazırda Türkiyədən həftədə 2 dəfə, Amerika və Dubaydan isə həftədə bir dəfə ölkəyə yük göndərişlərimiz nəzərdə tutulub və mütəmadi qaydada icra edilir. 

**

25 aprel

Son günlər koronavirus pandemiyasına görə dünyada yaşanan xüsusi vəziyyətlə bağlı yük daşıma sahəsində də müəyyən problemlər yaşanır. 

Nəzərinizə çatdıraq ki, Mover şirkətinin həm Türkiyə, həm də Amerikadan göndərilən yüklərinin daşımasını “Silk Way Airlines” hava yolu şirkəti həyata keçirir.

Son günlər şirkətimizin qeyd olunan ölkələrdən göndərilən yüklərinin gecikməsi ilə bağlı yaşanan problemlər də bizimlə yox, “Silk Way Airlines” hava yolu şirkəti ilə bağlıdır.

Mover şirkəti müvafiq olaraq hər iki ölkədən Azərbaycana göndərilməli olan yüklərini “Silk Way Airlines” hava yolu şirkətinə intensiv qaydada və zamanında təhvil verir. Lakin “Silk Way Airlines” yüklərimizin Azərbaycana göndərilməsinin icrasını qeyri-müəyyənn səbəblərə görə gecikdirir və şirkətimizə konkret göndəriş tarixi bildirilmir.

Yaşanan problemin səbəbləri ilə bağlı şirkətimiz “Silk Way Airlines”dən dəqiq məlumat almaqda çətinlik yaşayır.

“Silk Way Airlines” hava yolu şirkəti yaşanan problemin səbəbləri barədə Mover şirkətinə konkret məlumat vermədiyi üçün müştərilərimizə bu barədə dəqiq aydınlıq gətirmək mümkün olmur.

Bu baxımdan, son günlərdə yüklərin Azərbaycana göndərilməsi ilə bağlı yaranan gecikmələrə görə bütün müştərilərimizdən üzr istəyir, hər bir müştərimizin anlayışına ümid edirik.

Qeyd edək ki, “Silk Way Airlines” Türkiyə və Amerikadan Azərbaycana yük daşıması ilə məşğul olan digər şirkətlərin yüklərini ölkəyə göndərib. Lakin Mover şirkətinin yüklərinin Azərbaycana göndərişlərinin icrası həyata keçirilməyib. Faktiki olaraq, “Silk Way Airlines”in karqo təyyarələrinin Azərbaycana səfəri ilə bağlı “reys problemləri” yalnız Mover şirkətinin bağlamalarına şamil edilir.

FOTODA: 9 Aprel tarixində “Silk Way Airlines” hava yolu şirkətinə təhvil verilmiş Amerika yükü

Bu xüsusi vəziyyətin sadəcə təsadüf olduğuna inanır, “Silk Way Airlines” şirkətinin problemi qısa zamanda həll edib, yüklərimizi ölkəyə göndərəcəyinə ümid edirik.

Hazırda “Silk Way Airlines” hava yolu şirkəti ilə problemin səbəbləri barədə aydınlaşdırma aparılır. Mövcud yükdaşıma sektorunda faktiki olaraq alternativ şirkət olmadığı üçün problemin həlli ilə bağlı “Silk Way Airlines” şirkətindən cavab gözləyir və yüklərimizin ilk reyslərlə Azərbaycana göndərilməsini təmin etməyə çalışırıq.

Onu da bildirmək istərdik ki, “Silk Way Airlines” şirkəti son günlər Amerikadan yük daşıması tariflərini də 50% artırıb. Bu isə o deməkdir ki, biz hazırda Amerikadan verilən sifarişlərin Azərbaycana çatdırılmasını faktiki olaraq daxili resurslarımız hesabına ödəyirik.

Qeyd edək ki, may ayından etibarən şirkətimzin yüklərinin daşınmasını Türk Hava Yolları şirkəti həyata keçirəcək.

Bir daha yaşanan problemlə görə hər bir müştərimizə üzrxahlıq edir, problemin həlli üçün hər şeyi etdiyimizi bildirmək istəyirik.

 

  • Yalnız bu gün, cəmi 2...
  • 05.11.2021

  • Bayram tətili günlərində iş...
  • 05.08.2021

  • Türkiyədən CƏMİ 1 GÜNƏ...
  • 05.05.2021

  • “Bonuslu “Visa”” apreldə də...
  • 03.30.2021

  • Diqqət: Smart Customs sistemi ilə...
  • 02.25.2021

  • DİQQƏT: Amerika göndərişlərinin gecikmələri haqqında...
  • 11.27.2020

  • Artıq Amerikadan da 2kq çatdırılma...
  • 11.27.2020

  • Visa ilə ödə 2 kg...
  • 09.10.2020

  • Standart qiymətə PREMIUM təkliflə qarşınızdayıq!...
  • 09.09.2020

  • Mover daşıma tariflərini dəyişdirdi -...
  • 09.01.2020

  • DİQQƏT: Türkiyə anbarımızın ünvanı...
  • 08.27.2020

  • Mover YENİ - "ANBARDA SAXLAMA"...
  • 08.25.2020

  • Dubaydan Azərbaycana ətir sifarişi və...
  • 08.21.2020

  • Avqustun 22-nə olan iş qrafikimiz...
  • 08.22.2020

  • Türkiyədən Azərbaycana uşaq geyimlərinin sifarişi...
  • 07.03.2020