Mover YENİ - "ANBARDA SAXLAMA" xidmətini istifadəyə verir

Mover YENİ - "ANBARDA SAXLAMA" xidmətini istifadəyə verir

 

Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin 21 avqust tarixli qərarı ilə şəxsi istehlak üçün xaricdən məhsul sifariş edilməsinin şərtləri dəyişdirilib

Yeni qərarla şəxsi istehlak üçün xaricdən ölkəyə gömrük rüsumu ödəmədən hər təqvim ayında yalnız 1 (bir) dəfə və daşınma haqqı ilə birlikdə ümumi dəyəri 300 ABŞ dolları olan məhsul gətirə bilərsiniz.

Dəyəri 300 ABŞ dollarını keçən bütün məhsullar üçün isə 300 ABŞ dollarını keçən məbləğ üzərindən gömrük ödənişləri hesablanacaq.

Yeni qərarın tam anlaşıqlı olması üçün aşağıdakı nümunəni göstərə bilərik:

*Siz bir təqvim ayı ərzində xaricdən iki dəfə məhsul sifariş edirsiniz. Sifariş etdiyiniz məhsullardan birincisinin dəyəri daşınma haqqı ilə birlikdə 20 ABŞ dolları, ikincisinin dəyəri isə daşınma haqqı ilə birlikdə 30 ABŞ dollarıdır. Sizin 20 ABŞ dolları dəyərində olan məhsulunuz təqvim ayının ilk həftəsinin Bazar ertəsi günü Azərbaycan gömrüyünə daxil olur. Siz dəyəri 20 ABŞ dolları olan bu məhsulunuza görə heç bir əlavə rüsum ödəmirsiniz.

Sizin dəyəri 30 ABŞ dolları olan məhsulunuz isə eyni təqvim ayının növbəti günlərində Azərbaycana daxil olur. Siz ölkəyə daxil olan ikinci – dəyəri 30 ABŞ dolları olan bağlamanıza görə müvafiq qaydada gömrük rüsumu ödəyirsiniz.

Beləliklə, yeni qərarla fiziki şəxslər bir təqvim ayı ərzində ölkəyə daxil olmuş maksimum 300 ABŞ dolları dəyərindəki ilk məhsullarına görə rüsumdan azad edilir. Eyni təqvim ayında ölkəyə daxil olan növbəti məhsullara isə dəyərindən asılı olmayaraq gömrük rüsumu tətbiq edilir.

 

Anbarda saxlama xidməti

Mover xarici alış-veriş saytlarından sifariş edilən məhsulların fərqli günlərdə və fərqli bağlamalarla göndərilməsinin müştərilərə yaratdığı problemi nəzərə alaraq, tezliklə yeni xidmətini istifadəyə verəcək.

Mover`in “Anbarda Saxlama” xidməti ilə elektron ticarət istifadəçilərinin fərqli mağazalardan sifariş verdiyi məhsulların xarici anbarda saxlanılaraq, Azərbaycana eyni anda göndərilməsi təmin ediləcək.

“Anbarda Saxlama” xidməti Mover müştərilərinə imkan verəcək ki, fərqli mağazalardan aldıqları məhsullar şirkətin xarici anbarında toplansın və Azərbaycana eyni göndərişdə göndərilsin.

Sayt üzərində hazırlanacaq yeni sistemlə müştərilər bağlamalarının Azərbaycana göndəriş gününü özləri təyin edə biləcək. Misalçün, əgər sizin Türkiyə və ya Amerika mağazasından 3 fərqli sifarişiniz varsa və həmin sifarişlərdən ikisi Mover`in xaricdəki anbarına təhvil verilib, lakin biri hələ çatdırılmayıbsa, biz sizin anbardakı ilk iki bağlamanızı istəyinizə uyğun olaraq Azərbaycana göndərmirik. Yalnız üçüncü bağlamanız da bizim xarici anbarımıza təhvil verildikdən sonra siz sayt üzərindən Bağlamalarımı Azərbaycana GÖNDƏR düyməsini sıxaraq, üç sifarişinizin birlikdə göndərişə hazırlanmasını seçirsiniz.

Biz isə həmin sifarişləri eyni göndərişlə Azərbaycana göndəririk. Əgər sizin 3 bağlamanızın daşınma haqqı ilə birlikdə ümumi dəyəri 300 ABŞ dollarından aşağıdırsa, siz bu məhsullara görə əlavə gömrük rüsumu ödəmədən bağlamalarınızı Mover ofislərindən təhvil ala bilirsiniz.

Mover müştərilərinin rahatlığını təmin etmək üçün Anbarda Saxlama xidmətini qısa müddətdə hazırlayıb, elektron ticarət istifadəçilərinin ixtiyarına verəcək.

Xidmətin detalları və tariflərlə bağlı yaxın vaxtlarda əlavə məlumat verəcəyik.

Və sonda: Yeni - “Anbarda Saxlama” xidmətimizdən əlavə, yaxın günlərdə müştərilərimizə bundan da gözəl daha bir sürprizimiz olacaq!

Odur ki, bizimlə qalmağa davam edin! 

 

  • Türkiyədə tətil günləri ilə bağlı...
  • 07.14.2021

  • Türkiyə, ABŞ, ÇİN və Almaniyadan...
  • 07.12.2021

  • Etibarlı karqo şirkəti
  • 07.13.2020

  • Türkiyədən 1 kiloqramı cəmi 3.1...
  • 07.03.2021

  • Çəki paketini seç, Türkiyədən kilosu...
  • 07.02.2021

  • Türkiyədən Gəncəyə 2 GÜNƏ bağlama...
  • 06.24.2021

  • Əhmədli anbarımızdan PULSUZ ÇATDIRARIQ!
  • 06.14.2021

  • Gəncə anbarımız yeni ünvanda!
  • 06.14.2021

  • Yeni Moverkartla üstünlüyü hiss...
  • 05.31.2021

  • Yalnız bu gün, cəmi 2...
  • 05.11.2021

  • Bayram tətili günlərində iş...
  • 05.08.2021

  • Türkiyədən CƏMİ 1 GÜNƏ...
  • 05.05.2021

  • Diqqət: Smart Customs sistemi ilə...
  • 02.25.2021

  • DİQQƏT: Amerika göndərişlərinin gecikmələri haqqında...
  • 11.27.2020

  • Standart qiymətə PREMIUM təkliflə qarşınızdayıq!...
  • 09.09.2020