DİQQƏT: Amerika göndərişlərinin gecikmələri haqqında açıqlama!

DİQQƏT: Amerika göndərişlərinin gecikmələri haqqında açıqlama!

Hörmətli müştərilər, böyük təəssüf hissi ilə bildiririk ki, dekabr ayı ərzində Amerikadan Bakıya göndərilmiş bağlamalar gömrük orqanı tərəfindən Bakı Karqo Terminalı anbarında saxlanıb. 

Qeyd olunan tarixdəki göndərişə aid yüklərin rəsmiləşdirməsi zamanı gömrük orqanı tərəfindən təyin edilib ki, bağlamaları müşaiyət edən sənədlər arasında hawb göndərilməyib.
Mover məsuliyyyətlə bildirir ki, bağlamalar Azərbaycana göndərilən zaman gömrük orqanının tələb etdiyi bütün məlumat və sənədlər elektron qaydada bəyan edilib.

Eyni zamanda, aviqaimə nömrəsi hər bir bağlamanın üstündəki daxili qaimədə qiymətsiz əks olunub. Bunun səbəbi isə dəyəri böyük olan yüklərin itməsinin qarşısını almaqdır. Çünki bağlama daxilindəki məhsulun qiyməti üzərində əks olunduqda hər hansı bir logistika nöqtəsində dəyəri böyük olan yüklərin itməsi halları yaşana bilir. 
Həmçinin bütün yüklərə aid qaimələr təkrarən hazırlanıb, Bakıda yenidən gömrük orqanına təhvil verilib. 
Yanvarın 4-də gömrük qurumundan bildirilib ki, yüklərin qaimə eyniləşdirməsi mümkün olmadığı üçün bütün bağlamalar təhqiqata yönləndirilib.


Qeyd olunan tarixdə Amerikadan göndərilmiş bağlaması olan müştərilərimizdən xahiş edirik ki, bağlamaların təhqiqat prosesinin sürətlə yekunlaşması üçün aşağıda qeyd olunan sənədləri smaartcustoms@customs.gov.az ünvanına elektron məktub şəklində göndərsin. 
Məktubda başlıq olaraq qaimə nömrənizi qeyd etməyinizi, mətn hissədə isə yükün sizə aid olmasını təsdiqləyən sənədləri əlavə etməyinizi xahiş edirik. 

Mövcud vəziyyəti anlayış və təmkinlə qarşıladığınız üçün sizə minnətdarlığımızı bildirir, bağmalarınızı qısa müddətdə təhvil alacağınıza əmin olmağınızı istəyirik.

  • Yalnız bu gün, cəmi 2...
  • 05.11.2021

  • Bayram tətili günlərində iş...
  • 05.08.2021

  • Türkiyədən CƏMİ 1 GÜNƏ...
  • 05.05.2021

  • “Bonuslu “Visa”” apreldə də...
  • 03.30.2021

  • Diqqət: Smart Customs sistemi ilə...
  • 02.25.2021

  • DİQQƏT: Amerika göndərişlərinin gecikmələri haqqında...
  • 11.27.2020

  • Artıq Amerikadan da 2kq çatdırılma...
  • 11.27.2020

  • Visa ilə ödə 2 kg...
  • 09.10.2020

  • Standart qiymətə PREMIUM təkliflə qarşınızdayıq!...
  • 09.09.2020

  • Mover daşıma tariflərini dəyişdirdi -...
  • 09.01.2020

  • DİQQƏT: Türkiyə anbarımızın ünvanı...
  • 08.27.2020

  • Mover YENİ - "ANBARDA SAXLAMA"...
  • 08.25.2020

  • Dubaydan Azərbaycana ətir sifarişi və...
  • 08.21.2020

  • Avqustun 22-nə olan iş qrafikimiz...
  • 08.22.2020

  • Türkiyədən Azərbaycana uşaq geyimlərinin sifarişi...
  • 07.03.2020