Diqqət: Smart Customs sistemi ilə gömrüyə bəyan etmək haqqında vacib məlumat!

Diqqət: Smart Customs sistemi ilə gömrüyə bəyan etmək haqqında vacib məlumat!

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, fiziki şəxslər tərəfindən xarici ölkədən Azərbaycana idxal olunan məhsullar Dövlət Gömrük Komitəsinə məxsus "Smart Custom" sistemi vasitəsilə bəyan edilməlidir.

Mover müştərilərinə bəyan edir ki, xaricdən sifariş edilən malların gömrük komitəsinin "Smart Custom" sistemində bəyan edilməsi mütləqdir. Bağlamalar Smart Custom sisteminə bəyan edilmədikdə, sifarişlərinizin Azərbaycana göndərilməsi gecikə bilər.

 

Mover'la xaricdən sifariş edilən hər bir bağlama Smart Custom sisteminə bəyan edildikdən sonra Mover'in xarici anbarlarından Azərbaycana göndərilir.

 

Xatırladırıq ki, Mover müştərilərinin rahatlığını təmin etmək üçün bağlamaların Smart Custom sistemi ilə bəyan edilməsini avtomatlaşdırıb. İndi Mover müştəriləri birbaşa Mover Tətbiqetməsindən bağlamalarını BİR TOXUNUŞLA SMART CUSTOM SİSTEMİNƏ BƏYAN EDƏ BİLİR.

 

Siz sadəcə sifarişləriniz Mover'in xarici anbarına daxil olduqdan sonra Mover Tətbiqetməsindən profilinizə daxil olur, bağlamanın altındakı Gömrüyə Bəyan Et düyməsini sıxaraq aldığınız məhsulu bir toxunuşla Smart Custom sisteminə bəyan edirsiniz.

 

XÜSUSİ QEYD: Müştərilər Mover Tətbiqetməsi ilə bağlamalarını Smart Custom sisteminə SADƏCƏ bəyan edə bilir. Əgər müştərinin sifarişlərinə görə əlavə gömrük rüsumları hesablanırsa, bu rüsumları ödəmək üçün Smart Custom tətbiqinə və ya Asan Login sisteminə daxil olmağınız mütləqdir.

 

Eyni zamanda, profilinizə Mover.az vebsaytından da daxil olaraq, sifarişlərinizi Asan Login sistemi ilə Smart Custom'a bəyan edə bilərsiniz.

 

Mover'in xarici anbarına daxil olmuş bağlamalarınızı gömrük xidmətinin Smart Custom sisteminə bəyan etdikdən sonra, sifarişinizin Azərbaycana göndərilməsi üçün elə bağlamanın altındakı BAĞLAMAMI GÖNDƏR düyməsini sıxmağınız kifayətdir. Mover profilinizdə BAĞLAMAMI GÖNDƏR düyməsini sıxdıqdan sonra gömrüyə bəyan etdiyiniz sifarişiniz ilk reysdə Azərbaycana göndəriləcək.

 

Onu da bildirək ki, indi adınıza telefon nömrəsi olmasa belə, Asan Login sistemində qeydiyyatdan keçə və xaricdən rahatlıqla alış-veriş edə bilərsiniz. Bunun üçün ASAN LOGİN sistemində yeni istifadəyə verilmiş VİDEO İLƏ QEYDİYYATDAN KEÇMƏK funksiyasından istifadə etmək lazımdır. Bu funskiya ilə fiziki şəxslər adlarına mobil nömrə olmasa da, özlərinə Asan Login hesabı yarada və beləliklə, xarici ölkələrdən aldıqları məhsulları rahatlıqla gömrüyün Smart Custom sisteminə bəyan edə bilirlər.

Mobil nömrə olmadan Asan Login hesbaı yaratmaq üçün qaydalarla ətraflı şəkildəki AŞAĞIDAKI VİDEODAN tanış ola bilərsiniz.

https://www.youtube.com/watch?v=UCBVu2hyzv8

  • Yalnız bu gün, cəmi 2...
  • 05.11.2021

  • Bayram tətili günlərində iş...
  • 05.08.2021

  • Türkiyədən CƏMİ 1 GÜNƏ...
  • 05.05.2021

  • “Bonuslu “Visa”” apreldə də...
  • 03.30.2021

  • Diqqət: Smart Customs sistemi ilə...
  • 02.25.2021

  • DİQQƏT: Amerika göndərişlərinin gecikmələri haqqında...
  • 11.27.2020

  • Artıq Amerikadan da 2kq çatdırılma...
  • 11.27.2020

  • Visa ilə ödə 2 kg...
  • 09.10.2020

  • Standart qiymətə PREMIUM təkliflə qarşınızdayıq!...
  • 09.09.2020

  • Mover daşıma tariflərini dəyişdirdi -...
  • 09.01.2020

  • DİQQƏT: Türkiyə anbarımızın ünvanı...
  • 08.27.2020

  • Mover YENİ - "ANBARDA SAXLAMA"...
  • 08.25.2020

  • Dubaydan Azərbaycana ətir sifarişi və...
  • 08.21.2020

  • Avqustun 22-nə olan iş qrafikimiz...
  • 08.22.2020

  • Türkiyədən Azərbaycana uşaq geyimlərinin sifarişi...
  • 07.03.2020